İdman

gimnastikadan

başlayır

Akrobatlarımız Dünya çempionatını iki medalla başa vurublar

28 sentyabr 2026

Akrobatlarımız Dünya çempionatını iki medalla başa vurublar

24–27 sentyabr tarixlǝrindǝ İtaliyanın Pezaro şǝhǝrindǝ keçirilǝn akrobatika gimnastikası üzrǝ Dünya çempionatında gimnastlarımız bir qızıl vǝ bir bürünc medal qazanıblar.

Ölkəmizi böyüklər yaş kateqoriyasında təmsil edən qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva balans hərəkətləri proqramında Azərbaycan akrobatika gimnastikası tarixində qadın qrupları arasında ilk dəfə dünya çempionu adını qazanıblar. Tǝsnifat mǝrhǝlǝsindǝ 28.330 xalla birinci olan gimnastlarımız finalda 28.580 xal toplayaraq bütün rǝqiblǝrini geridǝ qoyublar.

Kişi cütlüyümüz Murad Rǝfiyev vǝ Daniel Abbasov da balans hǝrǝkǝtlǝri proqramında fǝxri kürsüyǝ yüksǝliblǝr. Tǝsnifatda 28.550 xalla üçüncü yeri tutan cütlük finalda nǝticǝsini 28.950 xala çatdıraraq bürünc medal qazanıb. Digǝr kişi cütlüyümüz Seymur Cǝfǝrov vǝ Rǝsul Seyidli tǝsnifat mǝrhǝlǝsindǝ temp hǝrǝkǝtlǝri proqramında 26.200 xal toplayaraq finala yüksǝliblǝr. Cütlüyümüz 51.850 xallıq nǝticǝ ilǝ qarışıq hǝrǝkǝtlǝr proqramının finalına da vǝsiqǝ qazanıb. Gimnastlarımız finalda temp hǝrǝkǝtlǝrindǝ 27.550 xalla 7-ci, qarışıq hǝrǝkǝtlǝrdǝ isǝ 27.680 xalla 8-ci yeri tutublar.

Gimnastlarımızı bu uğurlar münasibǝtilǝ tǝbrik edir, növbǝti yarışlarda yeni qǝlǝbǝlǝr arzulayırıq!