İdman

gimnastikadan

başlayır

“Məşqçim dedi ki, sən bunu bacaracaqsan”

25 fevral 2024

“Məşqçim dedi ki, sən bunu bacaracaqsan”



Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda ölkəmizə qızıl medal qazandıran Avropa və ikiqat dünya çempionu Mixail Malkin (tamblinq) qələbə sevincini bölüşüb.

- Finalın birinci çıxışında daha çətin kombinasiya etməyi planlaşdırmışdım, amma nədənsə çıxışım zəif oldu. Amma bu, mənə ilk dördlüyə düşmək və qələbə uğrunda mübarizəni davam etdirmək üçün kifayət etdi. Dünya çempionatında mənə qələbə gətirən elementləri icra edəcəyimi gözləyirdim. Bu elementlər olduqca mürəkkəb olduğu üçün dəqiq icra edilməlidir. Üstəlik, iki ay yarımdır ki, onu etmirəm. Məşqçim Adil Hüseynzadə mənə proqramını səhvsiz yerinə yetirməyi məsləhət görmüşdü. Əvvəlcə onunla razılaşdım, lakin bir neçə dəqiqədən sonra onun yanına qayıtdım və dedim: “Gəlin, cəhd edək!” O, bir neçə saniyə düşündü və dedi: “Mişa, et! Mən tamblinq cığırının yanında dayanacağam və inanıram ki, sən bunu bacaracaqsan. Əlbəttə ki, psixoloji cəhətdən çətin idi, çünki yarışda yüksək səviyyədə çıxış etməlisən. Komandamızın qızıl və gümüş qazanacağını gözləyirdik və belə də oldu. İndi Portuqaliyada keçiriləcək Avropa çempionatında komanda “qızıl”ını qazanmaq üçün çalışacağıq. Və təbii ki, fərdi yarışda qələbə və medallar uğrunda mübarizə aparacağam.