İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı: Yaxşı nəticələr göstərmək üçün bundan sonra da çalışacağıq (FOTO)

31 mart 2016

Azərbaycan gimnastı: Yaxşı nəticələr göstərmək üçün bundan sonra da çalışacağıq (FOTO)

“Gələcəkdə böyüklər arasında yarışlarda da yaxşı nəticələr göstərmək üçün üzərimizdə çalışacağıq,” bunu Trend İnformasiya AgentliyinəmüsahibəsindəAzərbaycan gimnastı, Çinin Putian şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarınıngümüş mükafatçısı Seymur Cəfərov deyib.

Onun sözlərinə görə, yarışlarda qazanılmış nəticə onun üçün gözlənilən idi.

"Ümid edirdik ki, medallar qazanacağıq. Belə ki, çıxışlar üzrə tərəfdaşım Murad Əkpərovla səylə məşq edirdik. Rəqiblər də zəif deyildilər və çox hazırlıqlı idilər, lakin biz yaxşı çıxış nümayiş etdirərək gümüş medal qazana bildik. Fikrimcə, gələcəkdə Avropa və Dünya Çempionatlarında uğurla çıxış etmək üçün üzərimizdə çalışmalıyıq və məşqləri davam etdirməliyik", deyə, Cəfərov bildirib.

Çıxışın yekununda 27,500 xal toplamış Cəfərov və Əkpərov kişi cütlükləriarasında akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında gümüş medal qazanıblar. 28,050 xal toplamış Rusiya dueti 1-ci, 27,000 xal toplamış Böyük Britaniya cütlüyü isə üçüncü olub.

12-18 yaş kateqoriyasında qarışıq hərəkətləri nümayiş etdirmiş Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət Azərbaycanın qarışıqcütlüyü də 27,650 xal toplayaraq gümüş medal əldə edib. 28,000 xalla birinci olan Rusiya dueti Azərbaycan duetini 0,35 xalla qabaqlayıb. Üçüncü yeri isə Böyük Britaniya və Qazaxıstan (27,350 bal) akrobatları bölüşüblər.

Rəhimovun sözlərinə görə, qazanılmış medallar uzun və gərgin məşqlərin nəticəsidir.

"Biz öz üzərimizdə çox işləmişik, məşq etmişik, proqramımızı təkmilləşdirmişik və uğurlu nəticəyə nail olmuşuq. Bundan sonra da işləyəcəyik, axı irəlidə bizi hələ çoxlu yarışlar gözləyir", deyə Rəhimov bildirib.

Qeyd edək ki, bütün 4 mükafatçı Bakı Gimnastika Məktəbinin idmançılarıdır.

Belə böyük miqyaslı yarışda ilk dəfə iştirak edən Azərbaycanın digər qarışıq cütlüyüAbdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı da yaxşı nəticə göstərib.Lakin qaydalara əsasən finalda hər ölkədən yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, təsnifat mərhələsində iki çıxışın yekununa əsasən 53.100 xal toplayan cütlüyümüz, öz yerini İspaniyaya verməli oldu.

“Trend” İnformasiya Agentliyi, 31 mart 2016-cı il