17 fevral 2016
”Yaxın günlərdə Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda yüksək yerlər uğrunda mübarizə aparacağıq”, bunu Trend-ə müsahibəsində Azərbaycan gimnastı Yuliya İnşina bildirib.
“Yarışlara hazırlıq normal gedir: "Hələ yüz faiz hazır deyilik, lakin hazırlaşmağa vaxtımız var. Tezliklə yarış meydançasına çıxacağıq və orada alətlər üzərində hərəkətləri sınaqdan keçirəcəyik. Düşünürəm ki, hər şey yaxşı olacaq", deyə, İnşina bildirib
Onun sözlırinə görə, Milli Gimnastika Arenası çoxdan turnirin keçirilməsinə hazırdır: Tamaşaçıları, bizi və qonaqları gözləyir. O, istənilən turnirə ev sahibliyi etməyə hazırdır", deyə, o, qeyd edib.
Onun sözlərinə görə, Milli Gimnastika Arenası artıq çoxdan bu Kuboku keçirməyə hazırdır.
“Arena yarışlara lap çoxdan hazırdır, tamaşaçıları, bizi və qonaqları gözləyir. O istənilən turniri qəbul etməyə hazırdır”, - deyə, İnşina qeyd edib.
Gimnast əlavə edib ki, Dünya Kubokunda əsas məqsəd finallara çıxmaq və orada yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku keçən ilin yayında İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.
Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcəklər.
“Trend” İnformasiya Agentliyi, 15 fevral 2016-cı il