Düşünürəm ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi dünya gimnastikasına yeni bir həyəcan, yeni bir nəfəs gətirəcək.
Bunu Trend-ə Türkiyə Gimnastika Federasiyasının prezidenti Suat Çelen deyib.
S.Çelen bildirib ki, Türkiyə olaraq hər zaman Fərid Qayıbova dəstək göstərməyə hazırdırlar: “Azərbaycan gimnastikanın inkişafına diqqət göstərən bir ölkədir. Ümid edirəm ki, Fərid Qayıbov gəldikdən sonra Avropanın xüsusilə dünya çempionatları və olimpiadalarda qazandığı medalların sayı artacaq”.
O vurğulayıb ki, Azərbaycanda beynəlxalq təşkilatlarla birgə həyata keçirilən yeni layihələr, yeni idman arenalarının tikintisi gimnastikanın daha inkişafına xidmət edəcək: “Mən artıq 5 ildir ki, Türkiyə Gimnastika Federasiyasına rəhbərlik edirəm. İlk olaraq səfər etdiyim ölkə Azərbaycan idi. İdmançıları ilk məşq toplantısına da Azərbaycana göndərmişdim. Bizim dostluğumuz sözdə deyil, əməldədir”.