İdman

gimnastikadan

başlayır

"Bunu öyrətmək mümkün deyil. Bu ya var, ya da yoxdur"

24 dekabr 2024

Təlim-məşq toplanışları üçün Azərbaycana gələn Cənubi Afrikanın “Klerksdorp School of Gymnastics” klubunun baş məşqçisi Tatyana Lavrençuk Vizer ilə müsahibəni sizə təqdim edirik.

Təlim-məşq toplanışları necə keçdi?
- Təlim-məşq toplanışları çox gözəl keçdi, biz çox razıyıq. Bütün məşqçilər bizimlə məmnuniyyətlə işlədilər, bizə kömək etdilər. Tənqidə və düzəlişlərə açığıq. Daha da yaxşı olmaq istəyirik.
Sizinlə birgə toplanışlara kimlər gəlib?
-Mənimlə birlikdə buraya iki qız gəlib. Biz “Klerksdorp School of Gymnastics” klubunu təmsil edirik. Onların ikisi də yeniyetmədir, 15 yaşları var. Onlardan biri Şidey Konsondur. Bu il o, Afrikada yeniyetmələr arasında keçirilmiş qitə çempionatında üçüncü yer tutub. Bundan başqa, o, öz ölkəsində birinci yeri qazanıb. Digər gimnast Oratil Volantodır. O, gimnastikaya gec, 12 yaşında başlayıb, amma irəliləyir. Biz istəyirik ki, Oratil daha yaxşı olsun və uğurlar qazansın.
Siz əslən bakılısınız. Azərbaycan üçün darıxmısınızmı?
- Bakıya olan sevgim hər zaman mənimlədir. Çox darıxıram. Burada çoxlu dostlarım, tanışlarım, yoldaşlarım var. Mən onlarla birlikdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumuşam. Burada, həmçinin mənim ilk şagirdlərim yaşayır. Onlardan biri Azərbaycan Respublikasının idman ustası Gülarə Nuriyevadır. Mən artıq burada onlarla görüşmüşəm.
Sizcə, bədii gimnastikada yeni Olimpiya qaydaları əvvəlkilərdən daha çətindirmi?
- Məncə, onlar artistik baxımdan daha çətinləşib. Bunu öyrətmək mümkün deyil. Bu ya var, ya da yoxdur. Bu, ruhdan gəlməlidir. Əgər uşaq bunu başa düşərsə, onda ona daha asan olacaq. Emosional tərəf fiziki tərəfdən daha çətindir.