08 dekabr 2024
Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər ilə keçirdiyi ustad dərslərindən sonra müsahibəni sizə təqdim edirik
Bugünki ustad dərsləri haqda nə deyə bilərsiniz?
- Öncəliklə, Azərbaycanda olmaq mənim üçün hər zaman böyük bir xoşbəxtlikdir, çünki burada özümü evimdəki kimi hiss edirəm. Bu gəlişimdə də çox gözəl qarşılandım. Bu gün burada milli komandanın idmançılarıyla görüşmək mənim üçün çox zövqlüdür. Onlara bacardığım qədər öz məşq metodikam haqda məlumatlar verdim. Çox bacarıqlı, böyük uğurlar əldə edə biləcək idmançılar var. Onlarla birgə məşq etməkdən çox zövq aldım. Eyni zamanda, bu ustad dərsinin onlara motivasiya olması mənimçün böyük qürurdur. Çünki qarşınızda böyük uğurlar əldə etmiş nümunəvi idmançılar olduqda bu sizi daha da yüksək nəticələr qazanmaq üçün sövq edir. Hər zaman türkiyəli idmançıları örnək götürdüklərini, gimnastlarını sevdiklərini dedilər. Bu da məni çox xoşbəxt etdi. Mən istəyirəm ki, onlar da məşqlərinə davamlı çalışaraq Dünya və Avropa çempionatlarında Azərbaycana böyük nailiyyətlər qazandırsınlar.
Onlara bu gün heç vaxt ruhdan düşməmələrini, hər zaman çox çalışmalı olduqlarını söylədim. Onlarla məşq etmək, təcrübələrimi bölüşmək mənim üçün çox xoş oldu, çox xoşbəxtəm.
Milli Gimnastika Arenası haqda nə deyə bilərsiniz?
- Dəfələrcə bu arenada yarışmışam, daha əvvəl də gələndə Azərbaycan xalqı bizi çox sevərək, çoşqu ilə qarşıladı.
İndi burada yeni zal tikilib və biz də burada məşq etdik. Bu qədər gözəl bir arenanın olması, saunasından-məşq otaqlarına, bədii gimnastika, artistizm - hər biri çox gözəldir. Hər zaman gimnastika üçün belə gözəl komplekslər təşkil olunmur. Bu baxımdan sizin gimnastlar çox şanslıdır. Belə bir arenada məşq etmək, həqiqətən, həyəcanverici idi.