İdman

gimnastikadan

başlayır

"Mən bu idman növü ilə doğulmuşam"

12 iyun 2025

Akrobatika gimnastikası üzrə Ukrayna milli komandasının baş məşqçisi Yuri Qolak ilə müsahibəni sizə təqdim edirik.

Zəhmət olmasa, özünüzü təqdim edin.
- Mən Yuri Qolak, Ukraynanın akrobatika gimnastikası üzrə milli komandasının baş məşqçisiyəm.

Təlim-məşqləriniz necə keçir?
- Dünya kubokuna qədər 10 günlük məşq prosesimiz var. Burada olmaqdan çox xoşbəxtik, şərait mükəmməldir. Azərbaycan Gimnastika Federasiyasına hər şey üçün, dostluğumuz üçün təşəkkür etmək istəyirəm.

Bakıya ilk səfərinizdir?
- Xeyr, ilk səfərim deyil. Mən 2019-cu ildə də Bakıda olmuşam.

Arenamızı bəyənirsiniz?
- Arena çox gözəldir, burada lazım olan hər bir şey var, bütün şərait yaradılıb. Yaxşı məşqlər keçmək üçün hər bir imkanımız var.

Akrobatika gimnastikası sizin üçün nə ifadə edir?
- Mənim üçün akrobatika gimnastikası həyat deməkdir. Mən bu idman növü ilə doğulmuşam. Valideynlərim də məşqçi olublar. Atam 20 il məşqçi işləyib, indi isə mən bu yoldayam.