İdman

gimnastikadan

başlayır

"Belə arena, yəqin ki, hər məşqçinin ən böyük xəyalıdır"

23 avqust 2024

Bədii gimnastika üzrə Küveyt milli komandasının baş məşqçisi İrina Kovalçukun müsahibəsini sizə təqdim edirik. 
Təlim-məşq toplanışınız necə keçdi?
- Biz buraya bacarıqlarımızı artırmaq üçün gəlmişik. Arenada sizin üçün əla şərait yaradılıb və biz buraya gəlməyi sevirik.
Hansı emosiyalarla evə qayıdacaqsınız? Burada hansı təcrübələri qazandınız?
- Biz buraya əsas heyətlə qarşıdakı mövsümə hazırlaşmaq üçün gəlmişik. Biz daha çox şeyə nail olmaq istəyirik. Küveytdə belə müəllimlərimiz olmadığı üçün burada xoreoqrafiya müəllimlərindən bir neçə dərs almağı planlaşdırdıq. Ümid edirəm ki, bu dərslərdən sonra biz daha da irəliləyəcəyik. 
Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?
- Arena möhtəşəmdir. Belə arena, yəqin ki, hər məşqçinin ən böyük xəyalıdır. Burada çoxlu gimnastika xalçası var. Onlar çox keyfiyyətlidir. Bu bizə çox xoş təsir bağışladı və burada olduğumuz üçün çox xoşbəxtik.
İdmançılarımız haqqında nə deyə bilərsiniz?
- Yay Olimpiya Oyunlarına baxdım.  Mən sizin gimnastlarınızla fəxr edirəm. Yaxşı nəticələr göstərdilər.
Şəhəri gəzə bildinizmi?
- Mən Bakını sevirəm.  Qeyd edim ki, bu, Bakıya ilk səfərim deyil. Düşünürəm ki, burada olduğum müddətdə çox yeri gördüm. Olduqca da bəyəndim.
Mətbəximiz xoşunuza gəldi?
- Əlbəttə, sizin heyrətamiz mətbəxiniz var.