İdman

gimnastikadan

başlayır

“Biz burada yeni elementlər öyrəndik"

10 sentyabr 2024

“Biz burada yeni elementlər öyrəndik

İdman gimnastikası üzrə Albaniyanın qadınlardan ibarət yığma komandasının məşqçisi Jeni Kosi ilə müsahibəni diqqətinizə təqdim edirik.
Zəhmət olmasa Azərbaycanın paytaxtında keçdiyiniz təlim-məşq toplanışından danışardınız.
- Biz burada olmaqdan çox məmnunuq. Bura gözəldir. Bu, bizim üçün gerçəkləşən bir xəyal kimidir. Dəvət üçün Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkür edirik.
Burada hər hansı bir yeniliyi öyrəndinizmi?
- Biz burada yeni elementlər öyrəndik. Əlbəttə ki, onları burada etmək çox asandır çünki bunları məşqçilər bizə öyrədirlər. 
Məşqçilərimiz haqqında nə deyə bilərsiniz?
- Hamısı çox mehribandır, bizimlə çox yaxşı rəftar edir və müzakirə edirlər. Mən bunu bəyənirəm.
Zəhmət olmasa bizə burada təlim-məşq toplanışında iştirak edən komandanız haqqında məlumat verərdiniz.
- Buradakı təlim-məşq toplanışımız on gün olacaq. Sentyabrda Balkan çempionatında iştirak edəcəyik. Burada 11 nəfərik: 3 məşqçi və gimnastlar.
Arenanı bəyənirsinizmi?
- Gördüklərimin ən yaxşısı, gözəli və böyüyü məhz buradadır. Burada digər gimnastika növlərinin idmançıları da məşq edirlər. Yaxşı məşqçiləriniz və zalınız var.
Artıq şəhəri gəzmisinizmi?
- Bəli, gəzmişik. Bu fürsətə görə federasiyaya minnətdaram. Gözəl evlər gördük, eləcə də ətraf mühit çox təmiz idi. Bir gün bura dostlarımla gələcəyəm.