İdman

gimnastikadan

başlayır

"Münasibətlərimiz yeni müstəviyə keçir"

08 iyun 2024

Azərbaycan və Syerra-Leone milli gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Müqavilənin bağlanmasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Syerra-Leone Gimnastika Federasiyasının prezidenti Anna Villiams iştirak ediblər. Anna Villiamsın müsahibəsini sizə təqdim edirik.
Federasiyalarımız arasında əlaqələrin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
- Çox gözəl münasibətimiz var. 2020-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının iclaslarının birində Mariana Vasileva ilə ilk dəfə tanış oldum. Bu gün isə deyə bilərəm ki, o mənim üçün bacı, cənab Fərid Qayıbov isə qardaş kimidir. Azərbaycan Gimnastika Federasiyası mənim üçün bir ailə oldu. Azərbaycan mənim ikinci vətənimdir. Mənə çox pozitivlik bəxş edirsiniz. Federasiyanın hər bir nümayəndəsi bizə dəstək oldu. Hər bir gənc federasiya Azərbaycan federasiyası kimi sürətlə inkişaf etmək istərdi. Mən çox xoşbəxtəm.
Komandanız burada “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”-də iştirak etdi. Bu tədbir sizdə hansı təəssüratları oyatdı?
- Biz burada çox gözəl bir iş gördük. Bizim çıxışımız hər kəsi təəccübləndirdi. Bu, həqiqətən də, çox ağır bir iş idi. Çox məşq etdik və daha sonra bura gəldik. Təşkilatçılıq yüksək səviyyədə idi. Hazırda biz Anlaşma Memorandumu imzaladıq. Münasibətlərimiz yeni müstəviyə keçir. Bu, çox möhtəşəmdir. İnanıram ki, Bakı hər zaman mənim ikinci vətənim olacaq.