29 yanvar 2025
Zəhmət olmasa özünüzü təqdim edin.
- Mən Patrik Ziqfred, Almaniyadanam. 1981-ci ildən etibarən batut gimnastikası ilə məşğulam. İdmançılar və məşqçilər üçün seminarlar təşkil edirəm.
Azərbaycandakı seminarınız haqqında nə deyə bilərsiniz?
- Bu kurs bir il əvvəl hazırlanıb. Mən İdman Akademiyası və Azərbaycan Gimnastika Federasiyası ilə danışıqlar apardım. Birgə kurslar keçirmək barədə qərara gəldik.
Batut gimnastikası üzrə idmançılarımızın potensialı haqqında nə düşünürsünüz?
- Onlar çox istedadlıdırlar. Gənclər çıxışlarına daha çox diqqət etməli, bütün bacarıqlarını göstərməlidirlər. Çox vacibdir ki, hər şey ilk kurslardan düzgün şəkildə möhkəmləndirilsin. Sizdə çoxlu gənc idmançılar var və onlar hərəkətlərin çətinliyinə fokuslanmalıdırlar.
Praktiki məşqlərinizdə qeyri-adi hesab etdiyiniz nəyi qeyd edə bilərsiniz?
- Bu kursun kombinasiyaları, hərəkətlər üzərində fokuslanmağı və yeni başlayanlar üçün oyun xarakterli hərəkətləri təmin etməyə çalışdım. Bu, idmançılar üçün çox faydalıdır və inkişafa kömək edəcək.
Eşitmişik ki, Almaniyada uşaqların məşqlərinə valideynlərin cəlb edilməsi geniş yayılıb. Bu, doğrudur?
- Bu, normal bir haldır. Valideynlər uşaqları ilə birgə məşqlərə qatılırlar. Hətta batut üzərinə çıxmağa da imkan yaradırıq. Onlar başa düşməlidirlər ki, bu iş o qədər də asan deyil.