İdman

gimnastikadan

başlayır

ABŞ səfiri: “Azərbaycan və ABŞ arasında idman sahəsində yüksək əlaqələr mövcuddur”

03 aprel 2022

ABŞ səfiri: “Azərbaycan və ABŞ arasında idman sahəsində yüksək əlaqələr mövcuddur”


ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən ABŞ gimnastları ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə görüş barədə və ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Artıq neçənci dəfədir ki, mən Milli Gimnastika Arenasında yarışları izləyirəm. Bu möhtəşəm idman zalında yenidən gimnastika yarışlarını izləməkdən çox məmnunam. Hər dəfə burada keçirilən yarışlarda ABŞ idmançıları çıxış edəndə mən onların çıxışlarını izləməyə çalışıram. Ümumiyyətlə Bakı gimnastika üzrə bir çox beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Qeyd edim ki, burada idmançılar üçün yaradılan şərait möhtəşəmdir. Hər dəfə idmançılarla görüşlərim zamanı onlar qeyd edirlər ki, Milli Gimnastika Arenası dünyada ən gözəl gimnastika arenasıdır. Burada həm yarışların, həm də təlim-məşqlərin keçirilməsi üçün gözəl şərait var. İştirakçı ölkələrin nümayəndələri peşəkardırlar. Azərbaycanda idmana xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan və ABŞ arasında idman sahəsində yüksək əlaqələr mövcuddur. 
Qeyd edim ki, idmana böyük həvəsim var. Uşaqlıqda müxtəlif  idman növləri ilə məşğul olmuşam. Xizək sürməyi çox sevirəm.  Qusardakı “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda gözəl komplekslərdən biridir. Mən də orada xizək sürməyi xoşlayıram.