19 sentyabr 2019
Azərbaycan gimnastı, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı Aliyə Qarayeva Bakıda davam edən bədii gimnastika üzrə 37-ci dünya çempionatını qonaq qismində izləyir.
Trend-in məlumatına görə, A.Qarayeva Azərbaycan millisinin uğurlarını daha yaxından izləyir.
Gimnast Bakıda yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib:
“Milli Gimnastika Arenasının zalı əladır. Mən Avropada işləmişəm və deyə bilərəm ki, Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur. Mən Azərbaycan millisinin uğurlarını izləyirəm, sadəcə həmişə yarışı əvvəldən axıradək izləmək mümkün olmur”.
A.Qarayeva bildirib ki, hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur:
“Mən indi Almaniyanın regionlarının birinin yığma komandası ilə işləyirəm. Fikrimcə, yetirmələri xalçaya çıxarmaq, özünün çıxmağından daha çətindir”.