İdman

gimnastikadan

başlayır

Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı

12 may 2021

Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı

"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib", bunu Yunanıstan gimnastı Eleni Kelaiditi deyib.

O bildirib ki, Bakıda daha əvvəl də iştirak edib:

"Bakıda bir neçə dəfə olmağıma baxmayaraq, şəhərlə tanış olmaq imkanım olmayıb. Ümid edirəm ki, bu dəfə şəhəri görə biləcəyəm".

Gimnast vurğulayıb ki, yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtı olub:

"Bakıda hazırlıq üçün bütün şərait yaradılıb. Bütün gmnastlara məşqlər üçün lazımi qədər vaxt verilib. Yarışlar yüksək səviyyədə keçir, hər şey tam dəqiqliklər təşkil olunub. Bakıya artıq dördüncü dəfədir ki, gəlirəm, burada mənə hər şey doğma və əzizdir".

"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il