İdman

gimnastikadan

başlayır

ALTAY HƏSƏNOV: "NÖVBƏTİ QİTƏ ÇEMPİONATI AZƏRBAYCANDA KEÇİRİLSƏ, AVROPA GİMNASTİKA İTTİFAQI MƏMNUN OLAR”

25 may 2009

ALTAY HƏSƏNOV:

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Day.az portalına verdiyi müsahibədə Bakıda keçirilən və milli gimnastika tarixində ən yaxşı nəticələrin əldə edildiyi Avropa çempionatının yekunu barədə danışır.

- Altay müəllim, Sizi Bakıda keçirilən daha bir irimiqyaslı turnir – Avropa çempionatının uğurlu yekunu təbrik edirik. Azərbaycanlı gimnastların çıxışları ilə bağlı qiymətləriniz.

- Təbriklərə görə təşəkkür edirəm. Əlbəttə ki, nəticələrdən çox razıyam. Çempionat ərəfəsində mənim Day.aza müsahibəmdə gimnastlarımızın çıxışları ilə bağlı həyəcan sezilirdi. Bu pessimizm yox, vəziyyətin real qiymətləndirilməsi idi.

Xoşbəxtlikdən, narahatlığımız özünü doğrultmadı. Əksinə, qızlarımız gözləniləndən də yaxşı çıxış etdilər. Əlbəttə ki, nəticələrdən razıyam. Başqa cür ola da bilməz, axı biz Azərbaycan gimnastika tarixinə əbədi həkk olunacaq iki gümüş medal qazandıq. əvvəllər biz komanda hesabında və qrup yarışlarında bu qədər yüksəyə qalxmamışdıq. Topla hərəkətlərdə Anna Qurbanovanın bürünc medalını da unutmayaq...

- Bu “bürünc” gərgin mübarizədə, dünya gimnastika ulduzları ilə rəqabətdə qazanılmışdır...

- Tamamilə doğrudur. Çempionatdın öncə məşqçilər ədalətli olaraq qeyd etdilər ki, Zeynəb Cavadlı tam hazır deyil, və onun yeganə hərəkəti Anna Qurbanovaya tapşırıldı. Anna isə əsl komanda döyüşçüsü kimi, hər şeyi əla yerinə yetirdi. Demək olar ki, o, boyunda yucarı hoppandı.

Komandamızın bir nömrəli idmançısı Aliyə Qarayeva sayılır, amma Olimpiadadan sonra onun bəzi probleməri var idi, və bugünkü gün Anna ən azından ondan heç də geri qalmır. Qurbanovanın bu cür gərgin mübarizədə bürünc əldə etməsi onun inkişafının göstəricisidir. Bunu həm də federasiyamızın prezidenti Mehriban xanım Əliyeva da gimnastlarla görüşündə qeyd etmişdir.

Komanda hesabında alınan nəticələrlə bağlı deyə bilərəm ki, Anna və Aliyə nəticələri mümkün olan qədər yuxarı qaldırdılar. Bundan yuxarıda yalnız Rusiyadır, onlarla da bərabər səviyyədə mübarizə aparmaq çox çətindir.

Yunior qrup komandasına gəldikdə isə, onlar ümumiyyətlə, Azərbaycan bədii gimnastikasında inqilab etdilər. Gənc gimnastlarımız mübarizəyə lazımi səviyyədə daxil ola bildilər. Biz, komandanı Avropa çempionatına gözəl hazırlamış baş məşqçi Mariana Vasilevaya minnətdarıq.

- Azərbaycanlı gimnastların yüksək nəticələri rəqiblərimiz üçün nə dərəcədə gözlənilməz olmuşdur? Xüsusilə, 3-cü pilləyə saldığımız Ukrayna üçün.

- Sevindirici haldır ki, komanda hesabında bizim Ukraynadan fərqimiz 3 xal olmuşdur. Nəzərə alsaq ki, əksər hallarda gimnastikada medalların taleyini xalın onda biri, hətta yüzdə biri həll edir, o zaman Azərbaycanın Ukrayna komandası üzərində üstünlüyü şübhəsizdir.

Ukraynalılar çox təəccüblənmişdilər. Amma təəccüblənəcək bir şey yox idi: Ukrayna yığmasında Anna Bessonova var, və hələ ondan çox geri qalan gənc gimnastlar var. Bizim komandada isə gimnastika aləmində tanınmış iki stabil gimnast yer alır. Onlar uğurka çıxış etdilər və layiqli olaraq yüksək xallar alıb yekunda 2-ci yeri tutdular. Qızlar hazırlaşa bildilər. Yəqin ki, doğma divarlar də kömək etdi. Amma, tanınmış məşqçi İrina Aleksandrovna Vinerin qeyd etdiyi kimi, idmanda təsadüflər olmur. Hər şey sənin necə gərgin işləməyindən asılıdır. Onun fikrincə biz nəticəyə layiqik, bu da bizi ikiqat sevindirir.

- Siz Zeynəb Cavadlını qeyd etdiniz və bildirdiniz ki, son anda onu Anna Qurbanova əvəz etmişdir. Məşqçilərin bu qərar gimnasta psixoloji cəhətdən təsir göstərməyəck ki? Zeynəbin necə perspektivləri var?

- Fikirləşmirəm ki, Zeynəb zəif qızdır və o, “sına” bilər. Axı dəhşətli heç nə baş verməyib. Nə gözlənilirdisə, o da oldu. Sadəcə Zeynəb lazımi nəticələrə gəlməlidir.

Mən çox istərdim ki, o komandamı