16 iyun 2014
Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənov Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatı ilə bağlı fikirlərini azerisport.com saytına bildirib.
"Bu Bakıda keçirilən üçüncü Avropa çempionatı idi. Biz, bu çempionatın yüksək səviyyədə təşkil olunmasına çox çalışdıq və məqsədimizə nail olduq. Çempionat yalnız yüksək səviyyədə təşkili ilə deyil, həm də gimnastlarımızın uğurlu çıxışı ilə yadda qaldı. Gənc gimnast Avropa Çempionatının mükafatçısı oldu, və bu Milli Federasiyanın düzgün yolda olduğunu göstərdi. Gimnastika ölkəmizdə inkişaf edir və bu da gələcək uğurlardan xəbər verir. Azarkeşləri uğurlarımızla sevindirəcəyik. Biz daima Milli Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın dəstəyini hiss edirik. Yeri gəlmişkən, Avropa Çempionatı Milli Gimnastika Arenasında keçirilən ilk yarış idi. Bizi qarşıda Avropa Oyunları gözləyir. Milli komandanın daxilində yaradılmış rəqabət bizi sevindirməyə bilməz. O, qələbələri daha da yaxınlaşdırır ", deyə, - Həsənov bildirib.