İdman

gimnastikadan

başlayır

ANNA BESSONOVA: DURUNDA VƏ YUSİFOVA GƏNCDİRLƏR VƏ BU ONLARIN BÖYÜK ÜSTÜNLÜYÜDÜR

02 sentyabr 2013

ANNA BESSONOVA: DURUNDA VƏ YUSİFOVA GƏNCDİRLƏR VƏ BU ONLARIN BÖYÜK ÜSTÜNLÜYÜDÜR

Anna Bessonovanın adı ilə dünya bədii gimnastikanın tam bir dövrü bağlıdır. Ukraynalı gimnast dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, Olimpiadaların mükafatçısı olub. Və onun ekspressiv və hissiyyatlı kompozisiyalarını görən hər kəs artıq bu möhtəşəm idmançıya laqeyd qala bilmirdi. Kiyevdə keçirilən dünya çempionatında o iştirakçıların çıxışlarını şərh edir və sıx qrafikinin olmasına baxmayaraq, həvəslə bizim suallarımıza cavab verməyə razılaşırdı.

- Anna, bir sıra perspektivli gimnastların olduğu, lakin parlaq liderin olmadığı bədii gimnastikanın hazırkı vəziyyəti haqqında nə düşünürsünüz?

- Mən də bu fikirdəyəm. Lakin bunun səbəbi budur ki, indiki gimnastlar çox gəncdirlər. Faktiki olaraq onlar hələ təcrübə qazanırlar, lakin mənim yaş nəslimdə olan gimnastlar öz karyeralarının pik nöqtəsində 25 yaşları var idi. Ona görə də əgər indiki qızlara 4-5 ildən sonra baxsaq yəqin ki, vəziyyət bizdəki kimi olacaq. Allah onlara əvvəlki nəsildə olan sağlamlıq və səbir versin. Bu müddət ərzində məşqçilər onları ətraflı şəkildə öyrədəcəklər və idmançılar özləri daha yetkin olacaqlar. Axı faktiki olaraq onların hamısı çempionatın açılışlarıdır. Burada gimnastlar öz istedadlarını geniş tamaşaçıya çatdırır, özlərini təsdiq etməyə çalışırlar. Və mən ümid edərəm ki, gimnastika mənim nəslimin çıxışları olan zaman mübarizəyə, vəziyyətə qayıdacaq.

- Bəs azərbaycanlı gimnastların Kiyevdə çıxışı zamanı hansı hisslər formalaşır?

- Ən müsbət hisslər. Məsələn, Marina Durunda və Lalə Yusifovada güclü idmançı kimi yetişmək üçün hər şey var. Qızlar artıq indidən finallara çıxırlar ki, bu da çox şeydən bəhs edir. Eyni zamanda onlar gəncdirlər və bu onların böyük üstünlüyüdür. Onlarda sonrakı professional inkişaf üçün böyük potensial var. Hesab edirəm ki, onların yeniyetmə yaş qrupundan yeni çıxmalarına baxmayaraq böyük gələcəkləri var. Onlara uğurlar arzu edirəm!

- Dünya çempionatında hadisələrin gedişi haqqında danışsaq, onda hansı sürprizlər var yoxsa cari nəticələr qanunauyğunluqdur?

- Şəxsən mənim üçün bizim dünya çempionatına başlamağımız böyük sürpriz oldu. Bəzi çatışmazlıqlar, problemlər var idi, lakin son nəticədə hər şey müvəffəqiyyətlə həll olundu. Hesab edirəm ki, bu, Beynəlxalq federasiyanın Texniki Komitəsi tərəfindən keçirilən ən çətin dünya çempionatı oldu. İnanın ki, birinciliyi keçirmək heç də asan deyil. Nəticələrə gəldikdə isə, mən Ukraynanın udacağı medalların sayını praktiki olaraq tapmışdım. Daha çoxunu istəyirdim, lakin burada hamı mübarizə aparır.

- İdman karyerasını bitirdikdən sonra nə işlə məşğulsunuz?

- Mən anamla birgə məşqçilik edirəm. Balaca uşaqlara və böyüklərə məşqlər keçirəm. Mənə balaca idmançını götürüb onu daha yüksək səviyyəyə çatdırmaq sadəcə maraqlıdır. Və əgər buna nail ola bilsəm, mən məşqçi anlamında özümü tam mənada reallaşdıra biləcəm. Bunun üçün xeyli vaxt lazımdır, lakin səbirlə bağlı mən də hər şey qaydasındadır.

- Təxmini hesablamalara görə, yeni Anna Bessonavanın meydana gəlməsini nə vaxta gözləmək olar?

- Bilmirəm (gülür). Bu Allahın işidir...