İdman

gimnastikadan

başlayır

Ayşən Bayramova:"Avropa Oyunlarında layiqli çıxış etmək istərdim"

26 may 2015

Ayşən Bayramova:

İyunun 12-də Bakıda start götürəcək Avropa Oyunlarına  2 həftədən bir az çox zaman qalıb. Oyunlar, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə hər 4 ildən bir keçiriləcək.

Bu Oyunlarda, ölkəmizdə tamaşaçılar üçün daha çox populyar və sevimli olan bədii gimnastika idman növü üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası və fərdi proqramda çıxış edəcək Marina Durunda ilə yanaşı, gənc və istedadlı Ayşən Bayramova da iştirak edəcək. Təəssüflər olsun ki, zədə aldığına görə oyunlarda çıxış edə bilməyəcək Gülsüm Şəfizadəni əvəz etmək üçün məhz, o ən axırıncı an seçildi. Adət-ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyası sizin diqqətinizə Ayşən Bayramova ilə olan müsahibəni təqdim edir.

Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

Mən gimnastikayla 6 yaşımda məşğul olmağa başladım və o, mənim üçün sevilmli idman növünə çevrildi. 14 yaşından Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvüyəm.  

Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?  

Heç bilmirəm... Mən üzgüçülüklə məşğul olmuşam -  pis də alınmırdı, lakin xoşuma gəlmirdi (gülür). Bu cür uğurla həndbol ilə də məşğul olmuşam. 

Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

Mənim sirrim bundan ibarətdir: Fikirlərin tam toplanması.

Fikrincə hər hansı idman növündə vacib olan nədir?

Özünü zədələrdən qorumaq və təslim olmadan məqsədə doğru addımlamaq.

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

İdman anidən zədə almaq mümkündür və bundan heç kəs sığortalanmayıb. Zədə almamaq üçün, bizə düzgün yıxılmağı öyrədirlər, lakin əgər səhv buraxsan, ciddi zədə ala bilərsən.

İdmanda kumirin varmı? 

Əvvəllər kiçik olanda, kumirim Alina Kabayeva idi, indi isə kumirim yoxdur. Gimnast kimi Yana Kudryavtsevanı bəyənirəm, o sadəcə idealdır.

Yaxın gələcək üçün idman planlarından danış bir az.

Avropa Oyunlarında ilk 10-a düşməyi istəyirəm, daha sonra isə Dünya Çempionatında iştirak etsəm, 24 ən yaxşı gimnastın siyahısına düşmək istərdim. Dünya Çempionatında komanda hesabında mükafatçılar sırasında olmağı arzulayıram.

Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

İlk öncə biləndə ki, bu cür irihəcmli yarışda ölkəni mən də təmsil edəcəm, çox sevindim. Avropa Oyunlarında layiqli çıxış etmək istərdim.

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

Bu haqda, hələ düşünməmişəm.

İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

Həftənin bazar günləri alınır. Cümə axşamları da mümkündür çünki, biz yarım gün məşq edirik. 

Öz ailən haqda danış bir az.

Mənim anam idmanı, xüsusilə bədii gimnastikanı çox sevir. Mənim bir əkiz bacım var – Türkan. Və bir balaca qardaşım var, Sərxan əvvəllər akrobatikayla məşğul olurdu, sonra isə cüdo bölməsinə yazıldı.

Sevdiyin şəxs varmı?

Hələki xeyr, buna vaxt da yoxdur (gülür).

Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

Adətən “Ayşən irəli!!!”, “Ayşən sən bacararsan!!!”.

Onlara nə demək istərdin?

Dəstəklədiklərinə görə təşəkkür edirəm.