İdman

gimnastikadan

başlayır

Azərbaycan çağırışı qəbul edir

27 noyabr 2014

Azərbaycan çağırışı qəbul edir

Azərbaycan hazırda dünyada bədii gimnastikanın sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Keçmişdə daha çox bədii gimnastika ilə tanınan ölkə, son zamanlar gimnastikanın digər növləri üzrə dünyadan gimnastlar seçməyə başlayıb. Azərbaycan, artıq kifayət qədər məşhurlaşan qadın idman gimnastikası üzrə ilk medalını 2014-cü ilin may ayında təşkil olunan Avropa Çempionatından əldə edib.


“Bu il müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq biz, Avropa və Dünya Çempionatlarında iştirak etdik” – deyə, Azərbaycan Gimanstika Federasiyasının baş katibi Fərid Qayıbov qeyd edib. “Bildiyiniz kimi, Anna Pavlova Avropa Çempionatında dayaqla tullanmada gümüş medal qazandı. Zənnimcə, bu çox yaxşı nəticədir.”


Azərbaycan ilk dəfə olaraq, idman gimnastikası üzrə Dünya Çempionatına tam tərkibdə qadın komandası göndərdi. Komanda növbəti Dünya Çempionatının təsnifat mərhələsinin 6 addımlığında qalaraq, 30-cu yerdə qərarlaşdı. “Sonuncu Avropa Çempionatının nəticələri ilə müqayisə etsək, Dünya Çempionatındakı nəticələr elə də ürəkaçan olmadı” – deyə F. Qayıbov vurğuladı. “Lakin, biz bilirdik ki, hər 4 qadın gimnastımızda yüngül zədələr var və onlara çoxnövçülükdə çıxış etmək çətin idi. Ümumən isə, onlar mümkün olan hər şeyi etdilər”.


İrəliyə addımlayaraq, Azərbaycan beynəlxalq arenada öz iştirakını maksimum dərəcədə möhkəmləndirəcəyinə ümid edir. “Növbəti il bizim üçün çətin olacaq” – deyə baş katib qeyd edib. “Bizim başlıca və əsas məqsədimiz,  ilk dəfə ölkəmizdə təşkil olunacaq Avropa Oyunlarıdır. Bu, Panamerikan Oyunlarına bərabərdir. Digər məqsədimiz isə, Rioda keçiriləcək test-turnirinə vəsiqə qazanmaqdır, hansıki bu bizə 2016-cı ildə təşkil olunacaq Olimpiya Oyunlarına qatılmağa şans verir. Ümid edirəm ki, qızlarımız onların qarşısına qoyduğumuz tapşırıqları yerinə yetirə biləcəklər və ölkəmizi layiqincə təmsil edəcəklər”.


Azərbaycanın perspektivli gimnastları haqda suallara cavab verən F.Qayıbov bildirib: “Biz bu idman növünü yenicə inkişaf etdirməyə başlamışıq. Belə ki, hazırda bizim seniorlardan ibarət yığma komandamız mövcuddur. Digər yaş qruplarından ibarət yığma komandaların yaradılmasına  isə gələn ilin əvvəlindən başlanılacaq.  Bax, o zaman mən sizə dəqiq cavab verə biləcəm”. 


Milli komandaya seçim mərhələsində Azərbaycanı Anna Pavlova və Yuliya İnşina kimi tanınmış gimnastlar təmsil etməyə başladı. “Biz 11 il əvvəl bədii gimnastikaya idmançıları Rusiyadan cəlb edirdik, o zaman bu idman növünü yenicə inkişaf etdirməyə başlamışdıq” – deyə F. Qayıbov izah etdi. “İndi fəxrlə deyə bilərəm ki, yerli gimanstlarımız sonuncu 6 qitə birinciliyindən medallar gətiriblər. Hazırda isə, bir neçə xarici gimnastı idman gimnastikası üzrə komandamıza cəlb edirik və ümid edirəm ki, bir neçə il sonra biz bu cür nəticələri əldə edəcəyik”.


İlk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq. “Biz komandayla iştirak edəcəyik. Qaydalara əsasən, hər komanda 3 gimnastdan ibarətdir” – deyə, F. Qayıbov bildirib.


Onun sözlərinə görə, Rio-2016 ərəfəsində, Azərbaycan gimnastlarının dəqiq hazırlıq planı bundan ibarətdir: “hazırda yalnız vəsiqə qazanmalı, bundan sonra qarşımıza məqsədlər qoyacağıq”.

 

Mənbə: http://fulltwist.net/azerbaijan-rising-challenge/