İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı İDMAN

12 may 2021

Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı İDMAN

"Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb", bunu Özbəkistan gimnastı Təhminə İkromova deyib.

O, ilk dəfə Bakıya gəldiyini bildirib: "Bu, mənim Dünya Kubokunda ilk iştirakımdır. Bizi ən yüksək səviyyədə qarşıladılar, hesab edirəm ki, burada ən yaxşı şərait yaradılıb. Dünya Kubokunda iştirak mənim üçün sürpriz oldu. Yarışda başqa gimnast iştirak etməli idi, amma o, zədə aldı. Dünya Kubokunda iştirak edəcəyim barədə mənə deyiləndə həyəcanlandım. Amma sonra özümü toplayıb, böyük səylə hazırlaşmağa başladım. Daha əvvəl Bakıda olmuş komanda yoldaşlarım burada məşq etməkdən məmnun olduqlarını deyiblər".

Gimnast bugünkü çıxışından tam razı qalmadığını, bəzi səhvlərə yol verdiyini də deyib.

"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il