16 mart 2009
Trend News agentliyinin Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bu ölkənin yığma komandasının baş məşqçisi, Azərbaycan komandasının məsləhətçisi İrina Vinerlə müsahibəsi
- Əvvəlcə, icazə verin, Sizi “Vətən qarşısında xidmətlərə görə III dərəcəli” ordenlə mükafatlandırılmağınız və keçən 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edək!
- Təşəkkür edirəm. Elə oldu ki, bu mükafatı Rusiya Prezidenti Dmiti Medvedev qadınlar günü ərəfəsində Kremldə bəxş etdi. Demək olar ki, bayram lap yerinə düşdü. O qədər təbriklər oldu, digər federasiyalardan təbrik edirdilər. Azərbaycanlı dostlar, ümumiyyətlə, birinci təbrik edənlər arasında idilər.
- Bakıda keçiriləcək Avropa çempionatına Azərbaycan komandasının hazırlığını necə qiymətləndirirsiniz?
- Hələ ki, komanda tam hazır deyil, amma bütün proqramlar və musiqi artıq müəyyən olunub, kompozisiyaların 70 faizi artıq hazırlanıb. İlk yoxlanış Moskva Qran-Prisində keçirildi, biz qızların proqramında bəzi problemləri müşahidə etdik. İndi biz onları aradan qaldırırıq, qızlar müxtəlif yarışlarda – Qran-prilərdə, Dünya kuboklarında iştirak edəcək və Bakıda keçiriləcək Avropa Çempionatına hazırlaşacaqlar.
- Qısa müddət ərzində Azərbaycan gimnastlarının və ümumiyyətlə komandanın peşəkarlıq səviyyəsinin artımını necə qiymətləndirirsiniz? Bu nəticələr necə alındı?
- Hər şeyi demək olar, amma yaxşısı budur statistikaya nəzər salaq, çünki statistika elə bir elmdir ki, hər şeyi olduğu kimi göstərir. Hələ yeddi-səkkiz il əvvəl Azərbaycanı Avropada yalnız Dinarə Gimatova təmsil edirdi, həm də ən zəif qruplarda. O, tək idi. Amma ondan sonra Azərbaycan güclülər qrupuna qədər qalxdı, Avropa çempionatlarında tam heyətlə çıxış edir. Bundan əlavə, Azərbaycan Avro-2007-də və dünya çempionatında üçüncü yeri tutmuşdur. Aliyə Qarayeva iplə hərəkətlərdə qızıl medal qazanmışdır. Qızlar həm də Pekin Olimpiya oyunlarında da iştirak etmiş və layiqincə çıxış etmişlər. Qrup hərəkətlərində də, hansı ki, proqramın çətin növü sayılır, Azərbaycan yüksək nəticələr əldə etmişdir. Bu cür fikirləşən təkcə mən deyiləm.
Olimpiya oyunlarına düşmək çox böyük qələbədir, çünki ora yalnız dünyanın 10 ən güclü komandası düşür, və Azərbaycan bu komandaların arasında yer almışdır. Bundan əlavə, qrup hərəkətlərində Azərbaycan səkkiz ən güclü komandadan ibarət finala çıxmış və orada Ukrayna və İspaniya kimi güclü komandaları keçərək yeddinci yeri tutmuşdur. Bu ölkələr çox güclü komandalara malikdir, xüsusilə İspaniya Olimpiya çempionu olmuşdur. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan bədii gimnastikasında çox böyük inkişaf baş vermişdir.
Bütün bunlar ona görə mümkün olmuşdur ki, Azərbaycan Gimnastika Federasiyası və şəxsən onun prezidenti Mehriban xanım Əliyeva komandanın həm fərdi, həm də qrup hərəkətləri üzrə məşqlərin keçirilməsi üçün lazımi şəraiti yaradıb. Və bunu nəzərə alaraq demək olar ki, peşəkar məşqçilər bədii gimnastika mümkün ola biləcək ən yaxşı şəraitdə hazırlaşan qızları hazırlaya biliblər.
- Bakıda Avropa çempionatında iştirak etmək üçün Rusiya komandası nə səviyyədə hazırlaşıb?
- Rusiya komandası barədə də həmin sözləri deyə bilərəm. Ölkə məşqlərin ən yaxşı bazalarda, ən yaxşı şərtlərdə keçməsi üçün digər idman növləri ilə yanaşı bədii gimnastika üçün hər şeyi edir. Biz yarışları buraxmamağa çalışırıq. Və bizdə əsas heyətə düşmək istəyənlər arasında böyük seçim var.
Biz hələ Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirməmişik. Olimpiya çempionu Yevgeniya Kanayevanın dörd yeni hərəkəti var və o, yaxşı formadadır. Amma biz yenə də narahatıq və ümid edirik ki, o, Avropa çempionatına yaxşı formada gələcəkdir. Vera Sesina, ayrı-ayrı növlərdə dünya çempionu, dünya çempionatının gümüş mükafatçısı, Yevgeniya Kanayev