İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Dünya Yaş qrupu yarışlarında layiqincə çıxış etməyə çalışacaqlar - baş məşqçi

20 may 2021

Azərbaycan gimnastları Dünya Yaş qrupu yarışlarında layiqincə çıxış etməyə çalışacaqlar - baş məşqçi

"Azərbaycan idmançıları yüksək rəqabətə baxmayaraq, aerobika gimnastikası üzrə Dünya Yaş qrupu yarışlarında layiqli mübarizə aparmağa çalışacaqlar", bu barədə  Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolev bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya Yaş Qrup Yarışlarında idmançılar arasında mübarizə əlbətdə güclü olacaq:

"Azərbaycan gimnastları məşqlərə çox ciddi yanaşırlar. Bir tərəfdən yarışların Bakıda, doğma zalda keçirilməsi onlara kömək edir, digər tərəfdən məsuliyyət də əlavə edir.

Gimnastlarımız Bakıda yarışların keçirilməsinə icazə verildiyini öyrənəndə çox sevindilər. Yarışmanın olub-olmayacağını yüzdə 100 bilmirsinizsə, idmançıların motivasiyası da azalır. Ancaq müsabiqənin keçirilməsinə icazə verdiklərini elan etdikdə motivasiyaları artdı və məşqə daha da çox enerji sərf etməyə başladılar".

Yarışda Azərbaycandan 14 gimnastın iştirak edəcəyini söylədi - bunlardan səkkizi 12-14 yaş, altısı 15-17 yaş kateqoriyasındadır.

Onun sözlərinə görə, xarici ölkələrdən olan komandaların təmsilçiləri Bakıda yarışların təşkilindən məmnun qalıblar:

"Hər kəs Azərbaycanda yarışların necə keçirildiyini çox yaxşı bilir. Əminəm ki, hər kəs xoşbəxt və razıdır. Etiraf edim ki, özüm bir çox beynəlxalq yarışlarda həm məşqçi kimi, həm də idmançı kimi iştirak etmişəm, amma dünyanın heç bir yerində Bakıdakı kimi bu cür təşkilatçıılıq, belə bir zal yoxdur".

"Trend" İnformasiya Agentliyi, 19 may, 2021-ci il.