İdman

gimnastikadan

başlayır

Doğma divarlar arasında çıxış etmək hər zaman xoşdur.

23 aprel 2018

Doğma divarlar arasında çıxış etmək hər zaman xoşdur.

Bu sözləri Trend-ə Azərbaycan gimnastları Nərminə Səmədova və Yelizaveta Luzan deyib.

“İlk çıxışlarımızdan sonra xoş təəsuratlarımız qalıb. Doğma meydançada azarkeşlər bizə çox yaxşı dəstək oldular. Onların dəstəyi bizi uğurlu çıxışa köklənməyimizə kömək edirdi. Ümumilikdə biz yaxşı çıxış etdik. Amma daha da yaxşı ola bilərdi", deyə, gimnastlar qeyd edib.

Gürzlərlə çıxışından danışan Nərminə buraxdığı səhvlərdən söz açıb. “Diqqətsizlik etdiyim üçün bir neçə səhv buraxdım. Bir az həyəcanlı idim, diqqətli olub daha yaxşı çıxış edə bilərdim. Yarışda rəqabət güclüdür, çox sayda güclü idmançılar var. Əsas rəqiblərimizə gəldikdə isə, bunlar Rusiyadan və Ukraynadan olan gimnastlardır.

Gimnastlar ayrı-ayrı alətlər üzrə finala çıxmağa ümid etdikərini də qeyd ediblər.