11 fevral 2009
Fevralın 7-i başa çatmış bədii gimnastika üzrə Bakı birinciliyində tamaşaçılar həm də bizim güclü idmançılarımız Aliyə Qarayeva və Anna Qurbanovanı da gördülər. Bu vaxt, adətən, Moskvaətrafı Novoqorskda məşq edən qızlar auditoriyanı çox sevindirdi: onlar gənc gimnastlara avtoqraf paylayır və bir neçə dəfə fotokameralar qarşısında poza verirdilər.
- Nə yaxşı Bakıya gəlmisiniz?
- Aliyə Qarayeva: - Biz bu il mayın 15-17-də Bakıda keçiriləcək Avropa çempionatına həsr olunmuş reklam çarxının çəkilişləri üçün gəlmişik. Çox böyük məsuliyyət hiss edirik, çünki başa düşürük ki, bu çarx Azərbaycan televiziyasında yayımlanacaq və yarışların əsas reklamı olacaq. Bu, azarkeşlərin cəlb olunması üçün çox vacibdir.
- Anna Qurbanova: - Süjet barədə bizdən heç nə soruşmayın. Deməyəcəyik! Qoy bu sirr olaraq qalsın və gimnastikasevərlər və bütün televiziya tamaşaçıları üçün sürpriz olsun.
- Azarkeşlərimiz Avro-2009-da Azırbaycan yığma komandasından nə gözləməlidir?
- A.Qarayeva: - Əgər biz məşqlərdə səylə hazırlaşsaq, onda yüksək nəticələr üçün şanslar da yüksək olacaq. Növbəti olimpiya müddəti başlayıb, hər şey yenidən başlayır. Rəqabət daha da ciddi olacaq. 2007-ci ildə mən Bakıda Avropa çempionu oldum. Bu nəticəni təkrar etməyə çalışacağam.
- A.Qurbanova: - Mən konkret yerlər barədə fikirləşməməyə çalışıram. Mənim məqsədim imkanlarımın maksimumu üzrə çıxış etmək, səhv buraxmamaqdır. Biz evdə çıxış etdiyimizə görə məsuliyyət ikiqat artır. Öz tamaşaçılarımızı pis vəziyyətdə qoya bilmərik. Şəxsən mənim üçün yerli tamaşaçılar qarşısında çıxış etmək daha çətindir, nəinki digər yarışlarda. Amma yenə də, bacardığımı nümayış etdirməyə çalışacam.
- Bu ildən yarışların proqramında gürzlər topla əvəz olunub. Bu alətlə işlər necə gedir?
- A.Qarayeva: - Normal. İşləyirik, çalışırıq, ram etməyə səy göstəririk. Fikirləşirəm ki, hər şey alınacaq. Martın ilk günlərindən turnirlər başlayacaq, orada biz mənisənilmiş materialları inkişaf etdirəcəyik.
- Proqramı yeniləmisiniz?
- Bəli. İplə müsabiqə üçün Fikrət Əmirovun “Min bir gecə” baletini seçmişik. Çox maraqlı alınıb, bu musiqi mənim xoşuma gəlir. Digər alətlər üçün “Sirtaki”, “Qranada” və “Şəhrizad” seçilib. Düzdür, isitisna deyil ki, Avropa çempionatına qədər proqramda dəyişikliklər olsun.
- A.Qurbanova: - Mənim də yeni proqramım var. Lent üçün milli musiqi, ip üçün dinamik musiqi, halqa üçün yeni düzənləmədə kalssik musiqi, yəni məşhur macar skripkaçısı Edvin Martinin musiqisi seçilib, topla çalışma üçün isə tanqonu seçməyi qərara aldıq.
- Avropa çempionatına qədər sizi bir çox yarışlar gözləyir, onlardan biri də apreldə keçiriləcək Azərbaycan çempionatıdır. Onu qitə birinciliyi öncəsi son məşq kimi qiymətləndirmək olar?
- Mənim üçün bütün yarışlar son məşq kimidir. Elə hesab edirəm ki, gücə qənaət etmək lazım deyil, bütün turnirlərdə qüvvəni tam göstərmək lazımdır. Azərbaycan çempionatı azarkeşlərimiz qarşısında özünü göstərmək üçün şansın yarandığı vacib yarışdır. O zamana qədər bacardığım hər bir şeyi sərgiləməyi planlaşdırıram.
- Ötən olimpiya müddəti Azərbaycan üçün cox uğurlu alındı. Ən çox nə yadda qaldı?
- A.Qarayeva: - Pekin Olimpiadası zamanı pulsuz “Makdonalds”! (gülür). Amma ciddiyyətlə desək, əlbəttə ki, nəticə etibarı ilə ötən 4-illik dövr Azərbaycan bədii gimnastikası üçün əlamətdar dövr oldu. Mən Avropa çempionu oldum, komanda dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer tutdu, və təbii ki, Olimpiadadakı çıxış yaddaqalan oldu. Hesab edirəm ki, orada bizim komandamız özünü layiqincə nümayiş etdirdi. Bu cür davam etmək lazımdır.
- A.Qurbanova: - Bu dövrdə ən az bunlar qədər nəticə göstərməliyik. Dinarə Gi