İdman

gimnastikadan

başlayır

Azərbaycan komandasının üzvləri: “Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir”

24 aprel 2022

Azərbaycan komandasının üzvləri: “Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir”

Paytaxtımızda keçirilən Bədii gimnastika üzrə Dünya kubokunda 5 halqa ilə hərəkətlərin icrasına görə qızıl,  çoxnövçülük yarışlarında isə gümüş medal qazanan Azərbaycanın qrup hərəkətləri üzrə komandasının üzvləri yarış təəssüratlarını Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüblər.
Komandamızın üzvü Zeynəb Hümmətova uğurla çıxış etdiklərini, doğma divarlar arasında onlara bəslənilən ümidləri doğrultduqlarını bildirib. “Bu, bizim 2022-ci ildə iştirak etdiyimiz ilk beynəlxalq yarışımızdır. Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir.  Ona görə bir qədər həyəcanlı idik. Komandamızın bütün üzvləri ilə bu yarışa həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Buna görə çıxışımızın öhdəsindən layiqincə gəldik. Azərbaycan Gimnastika Federasiyasının rəhbrəliyinə, məşqçilərimizə, həkimlərimizə, yarışa hazırlığımız zamanı bizə dəstək olan hər bir kəsə öz minnətdarlığımızı bildiririk. Bu, hər birimizin uğurudur”, -deyə Zeynəb Hümmətova əlavə edib.
Komandamızın digər üzvü Güllü Ağalarzadə də komanda yoldaşının fikri ilə həmrəy olduğunu bildirib: “Zeynəbin fikirləri ilə razıyam. Doğma divarlar arasında çıxış etmək daha həyəcanlıdır. Yeni mövsümdə yeni qaydalar əsasında çıxış edirdik. Bu il ilk beynəlxalq yarışımız olmasına baxmayaraq, medallar qazanmağa nail olduq. Kompozisiyamız çox çətin idi. Sevindirici haldır ki, uğurla çıxış etməyi bacardıq”.