İdman

gimnastikadan

başlayır

Olimpiya çempionu: Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır

17 fevral 2017

Olimpiya çempionu: Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır

"Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır", bu sözləri Trend-ə 2016-cı il Olimpiya çempionu Vladislav Qonçarov deyib.

O, turnirə yaxşı hazırlaşdıqlarını deyib: “Ümid edirik ki, biz ən yüksək nəticə göstərəcəyik. Konkret bir şey demək tezdir. Görək, rəqiblərimiz hansı formadadır. Şanslarımızı yarışın gedişatında müəyyən edəcəyik”.

V.Qonçarov qeyd edib ki, bu onun Bakıda ikinci yarışıdır: “Burada çox yaxşı şərait yaradılıb, bütün batutları və ümumilikdə gimnastika arenasını sınaqdan keçirməyi səbrsizliklə gözləyirəm”.

“Trend” İnformasiya Agentliyi, 16 fevral 2017-ci il