İdman

gimnastikadan

başlayır

Belçika nümayəndə heyətinin başçısı: Bakıdakı Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

17 fevral 2017

Belçika nümayəndə heyətinin başçısı: Bakıdakı Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

"Bakıdakı Milli Gimnastika Arenasında çox gözəl şərait yaradılıb", bunu Trendə müsahibəsində batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Belçika nümayəndə heyətinin başçısı Annek Deveert deyib.

O deyib: “Biz artıq arenada ilk məşqimizi keçirmişik. Onu demək istəyirəm ki, sizin arenada çox gözəl şərait yaradılıb. İstərdim ki, Belçikada da bu cür şərait yaradılsın”.

Nümayəndə heyətinin başçısı qeyd edib ki, onlar yaxşı nəticəyə ümid edir: “Belçikanı bu il bir batutçu təmsil edəcək. Bu, yeni Olimpiya dövrünün birinci yarışıdır. Bəzi qaydalar dəyişib, idmançılar üçün çıxış etmək çətinləşib. Amma mən fikirləşirəm ki, yeni qaydalar ədalətlidir və ümid edirəm ki, idmançımız yaxşı nəticə göstərəcək”.

“Trend” İnformasiya Agentliyi, 16 fevral 2017-ci il