İdman

gimnastikadan

başlayır

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast

13 may 2021

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast

"Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir", bunu sloveniyalı gimnast Yekaterina Vedeneyeva deyib.

O, Bakıda çıxış etdiyinə görə sevdiyini bildirib: "Milli Gimnastika Arenasında təşkilatçılıq əladır, yarış zalı çox gözəldir. Gimnastlara gəldikdə isə biz pandemiya şəraitində yarışlara bacardığımız qədər hazırlaşırdıq. Bakıya 35 ölkədən fərdi proqramda 60 gimnast gəlib. Bu, əsl dünya çempionatı kimidir"

Gimnast bildirib ki, azərbaycanlı idmançı Arzu Cəlilovanın çıxışını bəyənib: "Dünən azərbaycanlı gimnastların çıxışlarını gördüm, gənc idmançı Arzu Cəlilova, onun topla proqramı çox xoşuma gəlir. Azərbaycan ildən-ilə bədii gimnastikada irəliləyir və bu, çox xoşdur. Biz burada Olimpiya oyunlarına lisenziya üçün mübarizə aparmırıq, burada əsl, böyük bədii gimnastika nümayiş etdirmək istəyirik".

"Trend" İnformasiya Agentliyi, 8 may, 2021-ci il.