İdman

gimnastikadan

başlayır

Xorvatiya gimnastı: Dünya Kubokunda "qızıl" uğrunda mübarizə aparacağam

13 mart 2019

Xorvatiya gimnastı: Dünya Kubokunda "qızıl" uğrunda mübarizə aparacağam

Xorvatiyalı gimnast Tin Srbiç martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanacağına ümid edir.

Gimnast Trend-ə müsahibəsində bildirib ki, qalib gəlmək üçün əlindən gələni edəcək:

“Mən Azərbaycana ikinci dəfə gəlmişəm. Milli Gimnastika Arenasında idmançılar üçün lazım olan hər şey var. Arena çox böyükdür, çoxlu tamaşaçı gəlib yarışlara baxa bilər. Məsələn, Xorvatiyada zallarımız çox kiçikdir”.

T.Srbiç qeyd edib ki, Bakıdakı yarışdan sonra o, Dohada turnirdə, daha sonra Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.