16 yanvar 2014
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti ilə Bakıya növbəti işgüzar səfərinin yekunları barədə ekspress-müsahibə.
- Səfəriniz necə keçir?
- Əla. Bakının iyunda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı və 2015-ci il Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə heç bir şübhəm yoxdur.
Ötən müddət ərzində ölkəniz xeyli inkişafa nail olunub. Bu mənim Azərbaycana ilk gəlişim deyil. Bir neçə dəfə Azərbaycana səfərim olub. Sonuncu dəfə bir neçə ay bundan əvvəl Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığı ilə bağlı gəlmişdim və bu barədə Milli Olimpiya Komitəsi ilə də danışıqlarımız olmuşdu. Bu səfərimin də məqsədi BEGOC ilə görüşmək və otən müddət ərzində olan dəyişiklikləri görmək idi. Bir daha təkrar edirəm, Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəm yoxdur.
- Hər şey plan üzrə gedir?
- Bu dəfə də Milli Gimnastika Arenasını baş çəkdim. O, möhtəşəmdi! Ölkənizdəki bu inkişafı görərkən gimnastikanın gələcəyinə inamla baxmaq olur. Bu il Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı həm də 2015-ci il Avropa Oyunları üçün bir hazırlıq olacaq, eyni zamanda, Azərbaycanda bədii gimnastikanın inkişafına çox böyük xeyri olacaq.
- Həmin Avropa çempionatından nə gözləmək olar?
- 2013-cü ildə Azərbaycanın bədii gimnastları medallar qazandılar və nəticə göstərdilər. İnanıram ki, Avropa çempionatında bunu təkrarlamaq və hətta daha uğurlu nəticə əldə etmək Azərbaycan gimnastları üçün çətin olmayacaq. Sonuncu Avropa çempionatından indiki Avropa çempionatına qədər infrastrukturun inkişafı, həmçinin Bakıda gedən inkişaf göz qabağındadır. Bu dəyişiklik təkcə Azərbaycan gimnastları üçün deyil, eyni zamanda, Avropa gimnastları üçün inkişaf olacaq.
- Ümumilikdə Azərbaycanda gimnastikanın inkişafında nə deyə bilərsiz?
- Azərbaycanın bədii gimnastikada çox böyük inkişaf gedir. Azərbaycan Gimnastika Federasiyası ilə danışıqlardan sonra belə qənaətə gəldim ki, idman gimnastikasının inkişafında əməli işlər görülür. İnanıram ki, 2015-ci ildə bu fəaliyyət nailiyyətlərə keçəcək.
- Avropa çempionatına aid loqotipi görmüsüz?
- Bəli, əla loqodur! Həmin loqotipdə həm bədii gimnastika, həm də təşkilat şəhərinin simvollarını çox gözəl əks etdilər.