İdman

gimnastikadan

başlayır

Marina Durunda: Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır

24 iyul 2016

Marina Durunda: Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır

“Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır” – deyə Azərbaycan gimnastı Marina Durunda bildirib.

O qeyd edib: "Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır və bu məsuliyyət mənə bir qədər təzyiq göstərir. Lakin ümid edirəm ki, layiqincə çıxış edə biləcəyəm".

M.Durunda onu da bildirib ki, Dünya Kuboku onun üçün olduqca çətin alınıb və Olimpiada öncəsi səhvləri nəzərə almaq və ilin əsas startına hazırlaşmaq lazımdır.

"Mənim üçün çox çətin yarışlardır, böyük məsuliyyətdir, Olimpiada öncəsi son startdır. Fikrimcə, toparlanacaq və nəyə qadir olduğumu göstərəcəyəm", Marina deyib.

“Trend” İnformasiya Agentliyi, 24 iyul 2016-cı il