İdman

gimnastikadan

başlayır

İran məşqçisi: Azərbaycan idman gimnastikası üzrə Dünya “Challenge” Kubokuna çox gözəl hazırlaşıb

17 fevral 2016

İran məşqçisi: Azərbaycan idman gimnastikası üzrə Dünya “Challenge” Kubokuna çox gözəl hazırlaşıb

İran məşqçisi: Azərbaycan idman gimnastikası üzrə Dünya “Challenge” Kubokuna çox gözəl hazırlaşıb

“Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsinə çox gözəl hazırlaşıb,” bunu Trend-ə müsahibəsində İran yığmasının məşqçisi Həmid Qurbani deyib.

O, yarışların ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib.

"Yarışlar hələ başlamayıb, lakin artıq hər şeyin nə qədər yaxşı təşkil olunduğunu hiss edirik. Qalma, nəqliyyat və məşq məsələləri 100 faiz həll edilib və bu, sübut edir ki, Azərbaycan Dünya Kubokuna çox gözəl hazırdır", - deyə, Qurbani qeyd edib.

Məşqçi bundan əvvəl Azərbaycana bir dəfə səfər etdiyini deyib: "Bu, 22 il əvvəl olub, həmin vaxt hər şey başqa cür idi. Ölkənin bu müddət ərzində bu qədər inkişaf etməsi heyrətləndirir. Möhtəşəm arena tikilib, idmanın inkişafı üçün hər cür şərait yaradılır. Bizim üçün bu Dünya Kubokunda iştirak xüsusi əhəmiyyət kəsb edir və yaxşı çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, 19-21 fevral tarixlərində Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku keçiriləcək.

 

“Trend” İnformasiya Agentliyi, 17 fevral 2016-cı il