17 may 2019
Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır.
Bunu Trend-ə bədii gimnastika üzrə İsrail milli komandasının baş məşqçisi Ayelet Zussman deyib.
Məşqçi Bakını çox bəyəndiklərini bildirib:
“Hər dəfə biz buraya gələndə, sanki evə gəldiyimizi düşünürük, çünki burada çox vaxt keçiririk. Biz bir ay əvvəl məşqə gəlmişdik, bir neçə həftə əvvəl isə Dünya Kubokunda iştirak etmişdik”.
O bildirib ki, bədii gimnastika üzrə 35-ci Avropa çempionatının yaxşı keçəcəyinə ümid edir.
Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.
Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.