16 mart 2018
Bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Onun sözlərinə görə, italyan gimnastların çıxışını izləyə bilməsə də, açılış mərasiminə gəlib:
"Bu mənim çox xoşuma gəldi. Mən idmanı sevirəm. İdman xalqlar və millətlər arasındakı münasibətlər baxımından çox vacibdir".
Səfir, həmçinin açılış mərasiminin keçirildiyi Milli Gimnastika Arenası barədə də danışıb:
"Bu idman arenası insanı heyrətə gətirir. Mən burada voleybol üzrə Avropa çempionatı zamanı olmuşam. Arena çox gözəldir. Buna görə öz dostumu, idman naziri Azad Rəhimovu təbrik edirəm".
A.Massari əlavə edib ki, onun ən sevdiyi idman növü tennisdir və o Bakıda tez-tez oynayır: "Əlbəttə, bir italiyalı olaraq mən futbolu sevirəm və "Bolonya"ya azarkeşlik edirəm".