İdman

gimnastikadan

başlayır

Malayziyalı məşqçi: “Azərbaycan gimnastları çox güclüdürlər”

22 aprel 2022

Malayziyalı məşqçi: “Azərbaycan gimnastları çox güclüdürlər”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq toplanışlarında iştirak məqsədilə ölkəmizə səfər edən Malayziyanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Eriko Akebayaşi ilə müsahibəni təqdim edir.
Azərbaycana xoş gəlmisiniz. Burada keçirilən məşqlərə neçə gimnast cəlb olunub?
- Buraya 6 gimnastla birlikdə gəlmişik. Yalnız qrup hərəkətləri üzrə komandamız buradadır. Bir həftə sonra isə fərdi növ üzrə gimnastlarımız gələcəklər.
Bakıda məşqləriniz necə keçir?
- Biz buraya iki gün bundan əvvəl gəlmişik. Dünən məşqlərə yeni başlamışıq.
Bədii gimnastika üzrə idmançılarınız hansı nailiyyətlər qazanıblar?
- Qrup hərəkətləri üzrə komanda ilə 2015-ci ildən işləməyə başlamışıq. Ən yaxşı nəticəni Cənubi Asiya Oyunlarında əldə etmişik. Cənubi Asiya Oyunlarında qızıl medal qazanmışıq.
- Necə oldu ki, Azərbaycanda məşq etmək qərarına gəldiniz?
Keçən il fərdi gimnastlarımız buraya gəlmişdilər. Onlar bizə bildirdilər ki, burada yüksək səviyyəli şərait mövcuddur. Buna görə biz də təlim - məşq toplanışımızı  burada keçmək qərarına gəldik.
- Bakıya ilk dəfə səfər edirsiniz?
Bəli, bu, mənim Bakıya ilk səfərimdir.
Zəhmət olmasa, Azərbaycan, Bakı və Arena barədə fikirlənirinizi bizimlə bölüşərdiniz.
- Hələ şəhər gəzintisinə çıxmağa imkanımız olmayıb. Ona görə də şəhərin necə olduğunu bilmirik. Amma arena çox möhtəşəmdir və məşq zalı əsrarəngizdir. Ümid edirik ki, burada yaxşı məşqlər edəcəyik.
Azərbaycan gimnastları haqqında nə deyə bilərsiniz?
- Onlar səhər saatlarından axşamadək məşq edirlər. Azərbaycan gimnastları çox güclüdürlər. Ümid edirik ki, onlar yarışlarda uğurlu çıxışlar nümayiş etdirəcəklər.