İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında həm məşq, həm yarış üçün çox gözəl şərait var – Malaziyalı Baş katib

17 dekabr 2021

Milli Gimnastika Arenasında həm məşq, həm yarış üçün çox gözəl şərait var – Malaziyalı Baş katib

Mənim adım Afrita Nasrildir. Mən Malaziya Gimnastika Federasiyasının Baş katibiyəm.

Bu sizin Bakıya ilk səfərinizdir?
Bəli, bu mənim Bakıya ilk səfərimdir. İlk dəfədir ki, burada təlim-məşq toplanışında iştirak edirik.

Bakı haqqında təəssüratlarınız necədir?
Bakı gözəl şəhərdir. Şəhərin gözəl binaları və gəzməli yerləri var. Bakı həqiqətən böyük şəhərdir.

Təlim-məşq toplanışı üçün nədən məhz Milli Gimnastika Arenasını seçmisiniz?
Mən eşitmişdim ki, Azərbaycan dünyanın ən yaxşı təlim mərkəzlərindən birinə sahibdir. Buna görə biz buraya gəlmək və sınamaq qərarına gəldik. Buraya ilk gəldiyimdə arenadakı şəraiti görərkən çox sevindik. Bu arenada həqiqətən də böyük imkanlarınız və təlim üçün tam şəraitiniz var. Mən hesab edirəm ki, Milli Gimnastika Arenası Avropanın ən yaxşı təlim-məşq mərkəzlərindən biridir.

Arenadakı şəraiti necə dəyərləndirisiniz?
Burada əla şərait var. Bu arenada hər bir şərait təmin olunub. Bədii gimnastika, idman gimnastikası, hətta aerobika, akrobatika, batut -  bütün gimnastika növləri üzrə məşq üçün lazımi avadanlıqlarla tam təchiz olunub. Bu arena həm məşq, həm də yarış üçün çox gözəl şərait var. Bura həqiqətən də böyük yarış və məşq mərkəzidir. Burada həm idman, tibb xidmətləri cəhətdən bütün şərait yaradılıb. Eləcə də burada məşqlərdən sonra bərpa üçün hovuz var. Deyə bilərəm ki, bura mənim gördüyüm ən yaxşı təlim mərkəzidir.

Xahiş edirik, təlim-məşq toplanışına gəlmiş komandanız haqqında məlumat verəsiniz.
Bizim komandamız federasiya nümayəndələri və gimnastların daxil olduğu 34 nəfərlik bir grupdan ibarətdir. Komandamız 2 qrup şəklində Bakıya gəlib. İlk qrupda kişi və qadın idman gimnastları Bakıya gəlmişdi. Onlar Malayziya milli komandasındandırlar. Beləliklə, ilk qrupda iki məşqçi ilə 4 qadın idman gimnastı və 6 kişi idman gimnastı gəlmişdi. İkinci qrupda isə bədii gimnastlar gəldi. Onlar gənclər və böyüklərdən ibarət yığma komandanın üzvləridir.  Bu dəfəki təlim-məşq toplanışına 6 böyük və 8 gənc gimnastımız iştirak etdi.

Malaziyada hansı gimnastika növləri daha çox inkişaf edib?
Bizim ölkədə 2 gimnastika növü inkişaf edib. Bunlar idman gimnastikası və bədii gimnastikadır. Beləliklə, kişi və qadın idman gimnastikası və bədii gimnastika isə qrup və fərdi proqramdan ibarətdir. Lakin qrup hərəkətlərinin məşqləri üçün kifayət qədər yaxşı şərait yoxdur. Ölkəmizdə bədii gimnastika daha çox fərdi proqram üzrə inkişaf edib. Mən buraya gəldikdən sonra ölkəmizdə daha çox növü, məsələn aerobika və batut kimi növləri inkişaf etdirmək qərarına gəldim. Hələ ki, batut və aerobika ilə başlamağı planlaşdırırıq. Bu növləri Azərbaycan Gimnastika Federasiyasının köməyi ilə inkişaf etdirməyi planlaşdırırıq.