İdman

gimnastikadan

başlayır

Bakıdakı Milli Gimnastika Arenası bütün gözləntiləri üstələyir - Aerobika gimnastikasının 16-cı dünya çempionatının səfiri

24 may 2021

Bakıdakı Milli Gimnastika Arenası bütün gözləntiləri üstələyir - Aerobika gimnastikasının 16-cı dünya çempionatının səfiri

"Bakıdakı Milli Gimnastika Arenası bütün gözləntiləri üstələyir. Burada bütün lazımi şərait yaradılıb" - deyə, aerobika gimnastikasının 16-cı dünya çempionatının səfiri, dəfələrlə dünya və Avropa çempionu, rusiyalı məşqçi Vladislav Oskner qeyd edib.

O bildirib ki, özü ilə birgə Bakıya gələn idmançılar arenanın miqyasından, yarışda iştirak etmək üçün idmançılar üçün yaradılmış şəraitə heyran qalıb:

"Azərbaycana dünya çempionatının keçirilməsi öhdəliyini üzərinə götürdüyü üçün təşəkkürümü bildirmək istəyirəm. Görülən iş çox yüksək səviyyəlidir, mən həqiqətən heyranlıq duyuram".

Dünya çempionatının səfiri qismində missiyası barədə danışan məşqçi qeyd edib ki, əsas məqsədi aerobika gimnastikasının mümkün qədər geniş təbliğatını aparmaqdır.

Qeyd edək ki, aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı mayın 27-dən 29-dək keçiriləcək və 2021-ci ildə Azərbaycan Gimnastika Federasiyasının bu il təşkil edəcəyi ən irimiqyaslı yarışlardan biri olacaq.

"Trend" İnformasiya Agentliyi, 24 may, 2021-ci il