İdman

gimnastikadan

başlayır

Nikita Simonov: “Ümumilikdə çıxışımdan razı qaldım”

03 aprel 2022

Nikita Simonov: “Ümumilikdə çıxışımdan razı qaldım”


İdman gimnastikası üzrə FIG Dünya kubokunun bürünc mükafatçısı, Azərbaycan yığma komandasının üzvü Nikita Simonov medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb. 
- Bakıda keçirilən Dünya kuboku bu mövsümün dördüncü mərhələsidir və ona görə də bir az çətin oldu. Proqramımın icrasında kiçik çatışmazlıqlar oldu, amma ümumilikdə çıxışımdan razı qaldım. Dörd mərhələdə iştirak etdim və hamısında finala yüksəldim. İndi yeni qaydalar var, kombinasiyalar yenidən qurulur, dəyişir, mən onların üzərində işləyəcəyəm və dünya çempionatına hazırlaşacağam. Bu cür mötəbər yarışların Azərbaycanda təşkili gənc idmançıların təcrübə qazanmaları baxımından da böyük əhəmiyyət kəsb edir. Uşaqlar çalışır, böyük idmançılardan nümunə götürürlər, biz də öz növbəmizdə onlara istiqamət veririk. Bakıda çox yaxşı şərait, məşq zalları var, idmanın inkişafı üçün hər cür imkan yaradılıb.