İdman

gimnastikadan

başlayır

Niya Evans: “Bakı çox gözəldir”

22 iyun 2022

Niya Evans: “Bakı çox gözəldir”

 Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə İngiltərə milli komandasının məşqçisi Niya Evansla müsahibəni təqdim edir. 
- Bakıya xoş gəlmisiniz. Paytaxtımız haqqında ilk təəssüratlarınızı bölüşərdiniz.
- Bakı çox gözəldir. Hələ çox yeri görmək imkanım olmayıb, amma çox heyranedici şəhərdir.
- Səfərinizin əsas məqsədi barədə məlumat verərdiniz.
- Biz məşq etmək üçün buraya gəlmişik. Avqust ayında bizi çox vacib bir yarış gözləyir. Biz buradakı imkandan, məşqçilərin köməyindən yararlanmaq, eləcə də yarışa hazırlaşmaq üçün gəlmişik. 
- Bu, sizin Bakıya ilk səfərinizdir? Təlim-məşq toplanışlarından gözləntiləriniz nədir?
- Əslində, bu, mənim Bakıya ikinci səfərimdir. Dünya Kuboku zamanı gimnastlarla birgə Bakıya səfər etmişdik. Burada olarkən AGF-nin idman direktoru Natalya Bulanova ilə danışdım və o bizə bildirdi ki, Azərbaycanda təlim-məşq toplanışlarında iştirak edə bilərik. Ümid edirəm ki, gimnastlarımız burada keçirilən təlim-məşq toplanışlarına uyğunlaşaraq, məşqçilərin bütün biliklərindən lazımi səviyyədə yararlanacaqlar. 
- Ətrafı görmək şansınız olubmu?
Hələ yox, amma biz bir neçə həftədən sonra daha iki gimnastla birgə yenidən buraya qayıdacağam. Ümid edirəm ki, o zaman tanışlıq üçün daha çox imkanım olacaq.