İdman

gimnastikadan

başlayır

Səudiyyə Ərəbistanından olan məşqçi: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir

09 mart 2018

Səudiyyə Ərəbistanından olan məşqçi: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir

"Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir".

Bunu Trend-ə idman gimnastikası üzrə Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Fəth Kamal Nida deyib.

Məşqçi bildirib ki, arenada idmançılar üçün yaradılan şərait onların xoşuna gəlir.

Baş məşqçinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Dünya Kubokunda gənc idmançılarla təmsil olunacaq, ona görə də komanda Bakıda təlim-məşq toplanışlarında iştirak etmək qərarı verib:

“Qeyd etmək istəyirəm ki, mən 15 gün əvvəl işə başlamışam və ümid edirəm ki, biz bu turnirdə uğurla çıxış edəcəyik. Biz buraya daha erkən gəldik ki, mühitə və alətlərə uyğunlaşa bilək. Bu, gənc idmançılarımız üçün çox vacibdir, çünki onların bu cür iri turnirlərdə iştirak təcrübəsi yoxdur. Yarışlara gəldikdə isə qeyd edim ki, o, çox gərgin keçəcək. Burad iştirak edən hər bir idmançı ən yüksək nailiyyəti hədəfləyir”.