İdman

gimnastikadan

başlayır

Svetlana Jukova: Milli Gimnastika Arenasının ab-havası məhsuldar məşqlərə şərait yaradır

19 sentyabr 2014

Svetlana Jukova: Milli Gimnastika Arenasının ab-havası məhsuldar məşqlərə şərait yaradır

Milli Gimnastika Arenasının mükəmməl şəraiti, nəinki “Köhnə Dünya” komandalarını, hətta okenanın digər tərəfindən olan komandaları bura təlim-məşq toplanışlarına cəlb edir. Onlardan biri Kanada yığmasıdır və komandanın lideri Patrisiya Bezzubenko burada, İzmirdə keçiriləcək Dünya Çempionatına hazırlaşır. Məşqlərin nə dərəcədə məhsuldar keçməsi ilə bağlı öz müsahibəsini Kanada yığmasının məşqçisi  Svetlana Jukova azerisport.com saytına verib.


Yəqin uzun uçuşdan sonra iqlimə uyğunlaşmaq üçün bir neçə günə ehtiyac oldu?
Hər şey rahat keçdi, belə ki, Bakıya gəlməzdən öncə, Kazandakı Dünya Kuboku çərçivəsində Moskvada məşqlərdə olduq.Tatarıstanın paytaxtındakı çıxışımızdan sonra dərhal Bakıya gəldik. İlk öncə qrup hərəkətləri üzrə komandası ilə gəlməyi planlaşdırırdıq, lakin nəticədə fərdi gimnast Patrisiya Bezzubenko ilə gəldik. Mən, Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevaya, bizim üçün yaratdığı ideal şəraitə görə çox minnətdaram. Bizim üçün xalça ayrılıb və biz bütün gün məşq edə bilərik. Qonşu xalçalarda isə plan üzrə hazırlaşan güclü gimnastları müşahidə edə bilirik.


Patrisiya Bezzubenko hazırda hansı vəziyyətdədir?
Onun yarış qrafikinə görə çətin yayı olub. Ola bilər ki, bir az yorğundur. Lakin, hər zaman düzəldiləsi səhvlər var. Mən çox şadam ki, biz bunu məhz Bakıda – məhsuldar məşq şəraitində edə bilərik: hansısa elementləri düzəltmək, Azərbaycan gimnastlarından nəsə öyrənmək, digər komandaların məşqçi  və mütəxəssislərindən müəyyən iradları eşitmək. Bu çox kömək edir. 

Kanadada ümumən bədii gimnastika inkişafı hansı vəziyyətdədir?
Gimnastlarımız klublara paylanılıb və mərkəzi hazırlıq yoxdur. Təəssüf ki, maddi dəstək də mövcud deyil, buna görə bacardığımız qədər inkişaf edirik. Qlazqoda Xoşməramlı Oyunlar öncəsi mən 3 gimnast toplaya bildim, 2 həftəlik təlim-məşq keçirtdik və komanda hesabında qızıl medal qazanaraq, yarışda yaxşı nəticə göstərdik. Lakin, inkişaf planında hər şey elə də asan deyil, çünki gimnastlar məktəblərə gedir, ayrı şəhərlərdə yaşayırlar, həmçinin ixtisaslaşdırılmış zalın da yoxluğu təsir edir. Hazırda çox xoşbəxtəm ki, Kanada federasiyası Dünya Çempionatı öncəsi təlim-məşqlərə vəsait ayırdı və biz Bakıya gələ bildik. Ümid edirəm ki, bu bizə İmzirdə yaxşı çıxış etməyə kömək edəcək.

 
Mundialda minimum hansı nəticəyə ümid edirsiniz?
İstəyirik 24 güclü gimnastlar sırasına düşək. Ötən il ki, çempionatda Bezzubenko 25-ci yerdə qərarlaşmaqla buna yaxın idi, indi isə nəticəni yaxşılaşdırmaq istəyirik. Necə alınacağını görərik.

 

Yəqin hazırlıqlarınız uzaq məqsədlidir, axı 2015-ci ildə Bakıda Avropa Oyunları keçiriləcəksə, o vaxt ərzində Torontada Panamerikan oyunları təşkil olunacaq.
Sözsüz. Hazırda Torontoda Olimpiya Kəndinin inşası gedir, arena hazırlanır, lakin o gimnastlar üçün ixtisaslaşdırılmayacaq. O, sadəcə yarış zamanı istifadə olunacaq. Bakıda olmaqla, mən Avropa Oyunlarına necə ciddi hazırlıq getdiyini hiss edirəm. Mən çox sevinirəm ki, Azərbaycanda yüksək nəticələr əldə etmək üçün hər bir şəraitin mövcud olduğu belə gimnastika mərkəzi var.