İdman

gimnastikadan

başlayır

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Zöhrə Ağamirova

12 sentyabr 2019

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Zöhrə Ağamirova

Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatından öncə sizi Azərbaycan təmsilçiləri ilə tanış etmək istərdik.

Dünya kuboku ərəfəsində iştirakçılarımızdan biri, ölkəmizi fərdi proqramda təmsil edəcək gimnast Zöhrə Ağamirova, yarışlara hazırlıq və onun üçün Azərbaycan yığmasında çıxış etməyin əhəmiyyətindən danışdı.

Zöhrə Ağamirovanı gimnastikaya bir çox idmançılar kimi valideynləri gətirib: "Valideynlərim məsləhətləşdilər və məni gimnastikaya qoymağa qərar verdilər. Üç yaşımda mən əvvəlcə akrobatika ilə məşğul olmağa başladım, dörd yaşımda isə bədii gimnastikaya keçdim. Altı ildir ki, mən milli komandadayam. Öz ölkən üçün çıxış etmək böyük məsuliyyətdir."

Zöhrə Ağamirova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsidir, həmçinin məşqlərdən və təhsildən asudə vaxtlarında musiqi dinləməyi və mahnı oxumağı sevir.

"Boş vaxtlarımda xarici musiqi oxumağı və dinləməyi sevirəm. Ancaq bədii gimnastika həyatımda ən vacib yeri alır. Bu ən gözəl qadın idman növlərindən biridir. Bədii gimnastika idmançılarda xarakteri formalaşdırır, iradəni inkişaf etdirir," deyə o bildirib.

Hazırda idmançı bütün gücünü bədii gimnastika üzrə 37-ci dünya çempionatına yönəldib: "Bakıda keçiriləcək Dünya Kubokuna səylə hazırlaşırıq. Bu yarışlar Tokio-2020 Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xarakterini daşıyır və buna görə də üzərimizə böyük məsuliyyət düşür," deyə Zöhrə Ağamirova qeyd edib.

Gimnast bildirib ki, yarışlardan əvvəl çox həyəcanlanır, amma komanda yoldaşları və məşqçisi ona kömək edirlər: “Yarış zamanı həyəcan olur, həyəcanın öhdəsindən gəlməyə komanda yoldaşları və əlbəttə ki, məşqçi kömək edir. Tamaşaçıların bizi dəstəklədiyini eşitdikdə çıxış etmək daha rahat olur. Buna görə də 16-22 sentyabr tarixlərində hamını Milli Gimnastika Arenasına dəvət edirəm."