09 dekabr 2009
Azərbaycanda o qədər də zəngin ənənələrə malik olmayan bədii gimnastika son illərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının planauyğun fəaliyyəti sayəsində, heç şübhəsiz, idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilmişdir. Ölkəmizdə dünya və Avropa çempionatları keçirilmiş, idmançılarımız Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış etmişlə, regionlarda gimnastika bölmələri və məktəbləri çoxalmışdır. Bakıda gimnastika kompleksinin təməlinin qoyulması, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın həmin mərasimdə iştirak etməsi faktı da bir daha təsdiq edir ki, ölkəmizdə gimnastikanın inkişafı üçün yaxşı perspektivlər vardır.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AzərTAc-ın müxbirinə müsahibəsində başa çatmaqda olan ildə qurumun fəaliyyətinin yekunları və gələcək planlar barədə məlumat vermiş, bir sıra başqa sualları cavablandırmışdır.
- Başa çatmaqda olan ilin gimnastika sahəsində yekunlarını uğurlu hesab edirəm. Son illərdə Azərbaycanda gimnastikanın necə inkişaf etdiyini siz də bilirsiniz. Təbii ki, həm dövlətimizin başçısı İlham Əliyevin, həm də bizim federasiyanın prezidenti Mehriban xanım Əliyevanın daimi qayğı və diqqətinə cavab olaraq biz lazımi səviyyədə işləməyə və yüksək nəticələr göstərməyə çalışırıq. Zənnimcə, idmançılarımız və məşqçilərimiz tədricən elə səviyyəyə yaxınlaşırlar ki, biz artıq Azərbaycanda gimnastikanın yüksəliş mərhələsində olduğunu söyləyə bilərik.
Bu ilin may ayında Azərbaycanın ən yeni tarixində ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda təşkil edilmişdir. Çempionatın nəticələri ürəkaçandır: idmançılar 2 gümüş medal qazanmışlar. Yeniyetmə qrupların yarışlarında və komanda birinciliyində də əvvəllər heç vaxt bu cür yüksək nəticələr göstərməmişdik. Bunun böyük uğur olduğunu beynəlxalq idman ictimaiyyəti də etiraf edir.
Qeyd etməliyəm ki, Aliyə Qarayeva və Anna Qurbanova ustalıq səviyyəsinə görə bu gün yalnız Rusiya idmançılarından geri qalırlar. Onlarla mübarizə aparmaq hələlik çox çətindir, çünki Rusiya idmanın bu növündə, necə deyərlər, ənənəvi olaraq lider mövqe tutur. Bizim gimnastların gümüş medallara layiq görülməsi və rusiyalılarla başa-baş yarışması ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişafının göstəricisidir.
Yeniyetmə qrupumuzun qazandığı uğuru inqilabi nəticə adlandırsam, mübaliğə olmaz, çünki bizim qrup komandamız nisbətən yaxın vaxtlarda yaradılmışdır, qızlar isə bu il ilk dəfə birgə çıxış edirlər. Onların bu cür uğur qazanması ölkəmiz üçün, Azərbaycan idmanı üçün çox böyük nailiyyətdir.
Anna Qurbanovanın top ilə hərəkətlərdə çox gərgin rəqabət şəraitində bürünc medal qazanması faktını da xüsusi qeyd etmək istəyirəm. Məsələ burasındadır ki, Anya stabil komanda oyunçusudur və o qədər də yüksək nəticələr göstərməmişdir. Lakin onun Rusiya və Ukraynanın adlı-sanlı gimnastları ilə ciddi rəqabətdə üçüncü yeri tutması bu idmançının professional inkişafının göstəricisidir.
Avropa çempionatı başa çatandan sonra bizim Federasiyanın prezidenti Mehriban xanım Əliyeva idmançı qızlarımızı qəbul etmiş, Azərbaycanda gimnastikanın yüksək səviyyəyə çatmasını vurğulamışdır.
Gimnastlarımız Yaponiyada keçirilmiş sonuncu dünya çempionatında da yüksək nəticələr göstərmişlər. Top ilə hərəkətlərdə Aliyə Qarayeva vitse-çempion olmuş, komanda birinciliyində isə qızlarımız, iki il bundan əvvəl Yunanıstanda olduğu kimi, üçüncü yeri tutmuşlar. Göstərilən nəticələrin sabitliyi peşəkarlıq nümunəsidir. Bu, komandamızda möhkəm birliyin olmasına, qızlarımızın bir-birini dəstəkləməsinə dəlalət edir. Gündoğar ölkədə Patrasdakı uğurlu nəticəni təkrarlaya bilməyimiz də ölkəmizdə gimnastikanın sabit və d