İdman

gimnastikadan

başlayır

Britaniyalı məşqçi: Nümayəndə heyətimiz Dünya kubokunun təşkilatçılıq səviyyəsinə heyran qalıb

17 fevral 2017

Britaniyalı məşqçi: Nümayəndə heyətimiz Dünya kubokunun təşkilatçılıq səviyyəsinə heyran qalıb

"Böyük Britaniya nümayəndə heyətinin üzvləri batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçılıq səviyyəsinə heyran qalıb", bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Böyük Britaniya nümayəndə heyətinin başçısı Zoi Stayls deyib.

Z.Stayls Bakının çox gözəl olduğunu deyib: "Hamı çox səmimidir və həmişə kömək etməyə hazırdır. Hotel isə sadəcə heyrətamizdir. Biz hələlik Milli Gimnastika Arenasını görməmişik, çünki təzə gəlmişik. Amma artıq məşqlərə başlamağı səbrsizliklə gözləyirik”.

O qeyd edib ki, Böyük Britaniyadan Bakıya çox gənc komanda gəlib: “Gimnastlardan birinin 16-17 yaşı var. Bu onun böyüklər arasında ilk yarışıdır. Aydındır ki, o hər şeyi yüksək səviyyədə yerinə yetirib finala çıxmaq istəyir. Bundan başqa, iki qız da var. Onlardan biri dünya çempionatında ikinci yer tutub, digəri də dünya və Avropa çempionatlarında medallar qazanmış güclü idmançıdır”.

“Trend” İnformasiya Agentliyi, 16 fevral 2017-ci il