İdman

gimnastikadan

başlayır

Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova

13 may 2021

Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova

"Bakıdakı bədii gimnastika üzrə Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu və mən şadam ki, bu yarış baş tutdu" bunu azərbaycanlı gimnast Zöhrə Ağamirova deyib.

O bildirib ki, Dünya Kuboku 2021-ci ildə iştirak etdiyi ilk yarışdır: "Fikrimcə, pis çıxış etmədim, amma daha yaxşı çıxış edə bilərdim. Kuboka hazırlıq asan deyildi, məşqlər intensiv keçirdi. Avropa çempionatından sonra mənim proqramımda dəyişikliklər edilib. Proqram çətinləşsə də, belə mənim daha çox xoşum gəlir".

Z.Ağamirova vurğulayıb ki, çıxışlar zamanı tamaşaçıların dəstəyi çatışmır: "Tamaşaçılar tribunalardan dəstəkləyəndə çıxış etmək asanlaşır. Amma indiki vəziyyətdə mən buna diqqət verməməyə çalışıram. Bilirəm ki, tamaşaçılar zalda olmasa da bizə azarkeşlik edirlər və yaxşı nəticələr gözləyirlər".

"Trend" İnformasiya Agentliyi, 8 may, 2021-ci il.