İdman

gimnastikadan

başlayır

Yaponiyalı məşqçi: “Ümid edirəm ki, komandamızın üzvləri Dünya kubokunda uğurla çıxış edəcəklər”

21 aprel 2022

Yaponiyalı məşqçi: “Ümid edirəm ki, komandamızın üzvləri Dünya kubokunda uğurla çıxış edəcəklər”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bir müddətdir ki, ölkəmizdə təlim-məşq toplanışında olan Yaponiyanın bədii gimnastika üzrə qrup hərəkətləri milli komandasının məşqçisi Sayuri Sugimoto ilə müsahibəni təqdim edir. 
- Azərbaycana xoş gəlmisiniz. Təlim-məşq toplanışında milli komandanızın neçə idmançısı iştirak edir?
- Məşqlərdə qrup hərəkətləri üzrə komandamızın 5 üzvü iştirak edir.
- Bildiyimizə görə, burada qarşıdakı Dünya kubokuna hazırlaşırsınız.
- İdmançılarımız Bolqarıstanın Sofiya şəhərində keçirilən Dünya kubokunda iştirak etdilər. Daha sonra onların Bakıda keçiriləcək Dünya kubokunda iştirakı nəzərdə tutulmuşdu. Biz də belə qərara gəldik ki, Sofiyadan sonra Bakıya gələrək məşqlərimizi burada davam etdirək. 
- Bu yarışda hansı nəticəyə ümid edirsiniz? 
- Ümid edirəm ki, komandamızın üzvləri Dünya kubokunda uğurla çıxış edəcəklər. Onların proqramlarını yüksək səviyyədə nümayiş etdirəcəklərinə inanıram. 
- Azərbaycanla bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz. 
- Bu mənim Azərbaycan 7-ci səfərimdir. Bakı şəhəri çox gözəl və təmizdir. Xüsusilə də Bakının gecə görüntüsü möhtəşəmdir.  
- Azərbaycan gimnastları ilə bağlı fikirlərinizi bilmək istərdik. 
- Azərbaycanlı gimnastların artistizm bacarıqları, rəqs qabiliyyətləri çox yüksəkdir. Biz də istərdik ki, komandamızın üzvləri bu xüsusiyyətlərə sahib olsunlar.