İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyun

Azərbaycan, Bakıda baş tutan 1-ci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün 6 növü üzrə yarışlarda təmsil olunmuşdur.

Bakıda təşkil olunan 1-ci Avropa Oyunları çərçivəsində, ölkə gimnastları 7 medal qazanmışlar:

  • İdman gimnastikası
    Оleq Stepko – parallel qollar üzərində final hərəkətlərində “qızıl”, çoxnövçülükdə və dəstəli at üzərində finalda 2 “gümüş”, dayaqlı tullanma hərəkətlərinin finalında, həmçinin Petro Paxnyuk və Eldar Səfərovla birgə komanda hesabında 2 “bürünc” medal.
  • Bədii gimnastika
    Marina Durunda – lentlə final hərəkətlərində “gümüş” medal
  • Batut gimnastikası
    İlya Qrişunin – fərdi çıxış finalında “bürünc” medal. 


1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, AGF-nin Prezidenti Mehriban Əliyeva Azərbaycanda mədəniyyət, təhsil, səhiyyə və idmanın inkişafında səmərəli fəaliyyəti, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliği və Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa Oyunlarında gimnastika növləri üzrə əldə olunmuş nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənovu “Şöhrət” ordeni ilə təltif etmişdir.

İlk Avropa Oyunları yarışlarında 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanmış yeganə Azərbaycan idmançısı  Oleq Stepko ölkə Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Marina Durunda, Eldar Səfərov, Petro Paxnyuk və İlya Qrişunin ölkənin “Tərəqqi” medalına layiq görülmüşlər.  
Məşqçilər Mariana Vasileva, Natalya Bulanova, Anastasiya Prasolova, Kamil Quliyev (bədii gimnastika), Danail Şeytanov, Pavlo Netreba, Rza Əliyev (kişi idman gimanstikası) və Uladzimir Şulikinə (batut gimnastikası) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim edilmişdir.