AZE
İdman gimnastikadan başlayır

İnkişaf mərhələləri

20152019
Fevral / Mart / Aprel / May / İyun / İyul / Avqust / Sentyabr / Oktyabr

Oktyabr

Müstəqil Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə olaraq, gimnast Marina Nekrasova Almaniyanın Ştutqart şəhərində keçirilmiş 49-cu Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına lisenziya əldə etmişdir.

Almaniyanın Ştutqart şəhərində keçirilmiş Dünya Çempionatında kişi idman gimnastı İvan Tixonov çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı çərçivəsində “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Qızıl Diplom”la təltif olunub.