İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

May

Soçidə (Rusiya) baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 27-ci Avropa Çempionatında Hüseyn Abbasov və Maqsud Mahsudov Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq gənclər yaş qrupunda sinxron proqramda gümüş medal qazanmışdır.


Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız gimnastika tariximizdə ilk dəfə olaraq tamblinq yarışlarında gənclər yaş kateqoriyasında komanda hesabında bürünc medal əldə etmişdir.


Tamblinq yarışlarında daha bir bürünc medalı böyüklər arasında yarışan Mixail Malkin qazanmışdır.


Bakı bədii gimnastika üzrə Dünya Kubokuna uğurla ev sahibliyi etmişdir. Kubok Tokio 2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşımışdır. 


Azərbaycanda ilk dəfə olaraq aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları uğurla təşkil edilmişdir. 


Bu yarışda Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq gimnast Məryəm Topçubaşova 12-14 yaşlı gimnastlar arasında fərdi proqramda bürünc medal qazanmışdır.


Bakı ilk dəfə olaraq aerobika gimnastikası üzrə 16-cı Dünya Çempionatına uğurla ev sahibliyi etmişdir. 


Gimnastika tariximizdə ilk dəfə olaraq bu çempionatda Azərbaycanı “aerodans” proqramında təmsil edən Elçin Məmmədov, Ayxan Əhmədli, Nurcan Cabbarlı, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva qızıl medal qazanmışlar.